Quranı-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir.    Heydər Əliyev
az ru en
ANA SƏHİFƏ HAQQINDA STRUKTUR NƏALİYYƏTLƏR QALEREYA XƏBƏRLƏR ƏLAQƏ BƏLƏDİYYƏYƏ SÖZÜM VAR
SON XƏBƏRLƏR
01.09.2008
Aşağı Güzdək bələdiyyəsi qəsəbənin məktəbini təmir elətdir...
ətraflı oxu
01.09.2008
Aşağı Güzdək bələdiyyəsi qəsəbə yollarının müəyyən hissəsində...
ətraflı oxu
01.09.2008
Aşağı Güzdək bələdiyyəsi qəsəbədə elektrik xətlərinin...
ətraflı oxu
01.09.2008
Aşağı Güzdək bələdiyyəsi qəsəbədə əhalinin su ehtiyacını ödəmək üçün 200 metr su ...
ətraflı oxu
    Abbasov Bəyağa Səfər oğlu
20 mart 1953-cü ildə Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Azərbaycan İslam Universitetinin məzunudur. 1999-cu ildən Abşeron rayon A.ağı Güzdək bələdiyyəsinin sədridir. Ailəlidir, 1 evladı var.
    Əmirov Tapdıq Əmir oğlu
03 noyabr 1948-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ruyaziyyat fakultəsini bitirib. 1973-cü ildən Azərbaycan Dəmir yolu 41 saylı Güzdək stansiya 8 illik məktəbində (indiki Abşeron rayon S.Əzizov adına Aşağı Güzdək qəsəbə orta məktəbi) riyaziyyat müəllimi işləyir. 1999-cu ildə Aşağı Güzdək bələdiyyəsinin üzvü, 2004-cü ildən bələdiyyə sədrinin müavini seçilib. Ailəlidir, üc evladı, beş nəvəsi var.
    Süleymanov Ramiz Əlisaab oğlu
1960-cı ildə anadan olub. Azərbaycan Neft Şirkıtinin Nərimanov Neft Qaz çıxarma idarəsində operator işləyir. 2004-cü ildə bələdiyyə üzvü seçilib. Ailəlidir, dörd evladı var.
     Əhmədov Soltanağa Əlihəsən oğlu
1960-cı ildə anadan olub. Abşeron rayon Quşçuluq fabrikində, Bakı Poladəritmə zavodunda işləyib. 2004-cü ildə bələdiyyə üzvü seçilib. Ailəlidir, üç evladı var.
     Dünyamalıyev Yaqub Bəyalı oğlu.
1965-ci ildə anadan olub. Bakı Quşçuluq fabrikində, AzBentonit zavodunda işləyib. 2004-cü ildə bələdiyyə üzvü seçilib. Ailəlidir, dörd evladı var.
    Əlikişiyev Gülmirzə Əlmirzə oğlu
1972-ci ildə anadan olub. “Karmen” taxıl məhsulları kombinatında işləyir. 2004-cü ildən bələdiyyənin üzvüdür.
     Həşimov Nurbala Əlbala oğlu.
1977-ci ildə anadan olub. 2004-cü ildə bələdiyyənin üzvü seçilib.
     Həsənov Böyükağa Canalı oğlu.
1961-ci ildə anadan olub. Ali təhsillidir. 2004-cü ildə bələdiyyənin üzvü seçilib. Ailəlidir, iki evladı var.
    Tağıyev Adışirin Təvəkkül oğlu.
29 oktyabr 1960-cı ildə Abşeron rsyonunun Ceyranbatan qəsəbəsində anadan olub. Dövlət Neft Şirkətinin Təhlükəsizlik idarəsində mühafizəçi işləyir. Ailəlidir, beş evladı , dörd nəvəsi var.
    Abbaszadə Günel Rauf qızı.
31 iyul 1980-cı ildə Lənkəran şəhərində anadan olub. 2002-ci ildə Moskva Dövlət Sosial Universitetinin Pedaqogika-psixologiya fakultəsini bitirib. 2007-ci ildən Aşağı Güzdək bələdiyyəsində katibə-kargüzar vəzifəsində çalışır.
     Həsənova Aygün Ramiz qızı.
07 mart 1985-ci ildə Saatlı rayonunda anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiMünasibətlər fakultəsini bitirib. Hal hazırda ADİU-də magistr təhsili alır (MBA proqramı, Maliyyə fakultəsi). 2007-ci ildən Aşağı güzdək bələdiyyəsində iqtisadçı vəzifəsində çalışır.
     Əkbərova Ofeliya Abbas qızı
30 iyun 1959-cu ildə indiki Qobustan rayonunda anadan olub. Şamaxı Kənd təsərrüfatı Texnikumunu bitirib. 2007-ci ildən Aşağı Güzdək bələdiyyəsində vergi müfəttişi işləyir. Ailəlidir, üç evladı ,bir nəvəsi var.
Bütün hüquqları qorunulmaqdadır | 2008 ©   Created by Lider Web studio