HAQQINDA     STRUKTUR     QALEREYA     XƏBƏRLƏR     ƏLAQƏ
Struktur
Begiyev Hikmət Əliyulla oğlu – 1954-cü ilin fevral ayının 8-də Abşeron rayonunun Fatmayı kəndində anadan olmuşdur. 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrufatı İnstitutunun İqtisadcı ixtisasını bitirmişdir. Abşeron rayonunun Aqrar Sənaye birliyində böyük təftişçi mühasib vəzifəsində işləmişdir.2000-ci ildən Fatmayı bələdiyyə üzvüdür. 2005-ci ildən Fatmayı bələdiyyəsinin sədri vəzifəsində çalışır.
Miqbilov Nəsir Fazil oğlu – 1978 ci ilin avqustun 27-də Fatmayı kəndində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasını bitirmişdir.2001-ci ildən 2005-ci ilə qədər Aviasiya Təhlükəsizlik idarəsinin Hərbiləşdirilmiş Mühafizə Xidmətində keşikçi-nəzarətçi vəzifəsində çalışmışdır. 2005-ci ildən Fatmayı bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır.
Vəzirov Bəhrəm Məmmədrza oğlu – 1954-cü ildə Fatmayı kəndində anadan olmuşdur.Orta təhsillidir,Sumqayıt elektrik vəzifəsində çalışır. 2005- ci ildən bələdiyyənin üzvüdür.
   Abbasov Səfərli Zeynalabdin oğlu – 1964-cü ildə Fatmayı kəndində anadan olmuşdur.B.Sədərov maşınqayırma zavodunda fəhlə vəzifəsində çalışır. 2006-cı ilin noyabr ayından bələdiyyənin üzvü seçilmişdir.
   Quliyev Mehman Sabir oğlu – 1966-cı ildə Fatmayı kəndində anadan olmuşdur. 2005-ci ilə qədər müxtəlif iş yerlərində fəhlə vəzifəsində işləyib. 2005-ci ildən Fatmayı bələdiyyəsində ekologiya, mədəniyyət və idman daimi komissiyanın sədri vəzifəsində çalışır.
   Nadirov Zaur Balahəsən oğlu – 1980-cı ildə Fatmayı kəndində anadan olmuşdur.2002-ci ildə Bakı Menecment Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinin Gömrük müfəttişi ixtisasını bitirmişdir. 2004-2005-ci ildə “Görədil Quşçuluq” ASC-də fəhlə işləmişdir. 2005-ci ilin iyun ayından Fatmayı bələdiyyəsində komissiyanın işlək üzvü vəzifəsində çalışır.
   Salmanov Mübariz Müseyib oğlu – 1968-ci ildə Fatmayı kəndində anadan olmuşdur.2005-ci ilə qədər sürücü vəzifəsində işləmişdir. 2005-ci ildən Fatmayı bələdiyyəsində yerli büdcə, iqtisadi və sosial inkişaf daimi komissiyasının sədri vəzifəsində çalışır.
   Məmmədov Firuz Məmmədağa oğlu – 1952-ci ildə Fatmayı kəndində anadan olmuşdur.Azərbaycan Biznes Universitetini bitirib.2000- ci ildən Fatmayı bələdiyyəsinin üzvüdür.
   Şiriyev İntiqam Xeyrulla oğlu – 1952-ci ildə Fatmayı kəndində anadan olmuşdur.Azərbaycan İncəsənət Universitetini bitirib.2000-ci ildən bələdiyyənin üzvüdür.
  Bələdiyyəyə sözüm var az | rus | eng
        SON XƏBƏRLƏR
13.05.2008
Fatmayi Belediyyesi © 2008 Created by Lider Web studio