az | rus | eng
 
HAQQINDA STRUKTUR QALEREYA BƏLƏDİYYƏYƏ SÖZÜM VAR XƏBƏRLƏR ƏLAQƏ
  SON XƏBƏRLƏR


ətraflı oxu


ətraflı oxu
BİZİMLƏ ƏLAQƏ
Abşeron Rayon Görədil kəndi.
S. Vurğun 14.

Tel: (+994 12) 443 61 00
      (+994 12) 443 63 01
     Bakı şəhərindən 25 kilometr aralıda yerləşən Görədil kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. 420 hektar ərazisi olan bu kəndin əhalisi 760 nəfərdir. Onun da 190 nəfərinə yaxını qaçqın və köçkünlər təşkil edirlər.
   Görədil kəndi Abşeron yarımadasının ən dilbər güşələrindəndi. Əsl adı Horadil olub bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, “qala təpəsi” mənasındadır. Həmin yaşayış məntəqəsinin vaxtı ilə Biləcəri və Masazırdan köçüb gəlmiş ailələr tərəfindən yaylaq yeri üçün salındığı bildirilir.
   Bir müşahidəyə görə Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə “goran” sözü monqol-türk dillərindən olub, “düşərgə”, “qoşun”, “müharibə” edən tərəf deməkdir.
   Qədimdə bu kənd yuxarı və aşağı Məhəllədən ibarət olub. Yuxarı məhəllə Əhmədlilər, aşağı məhəllə Səhərbəylilər, kəndin orta hissəsi isə Şanazarlı adlanırdı. Bu kəndin əhalisi əkinçilik, xalçaçılıq, maldarlıq, balıqçılıqla məşğul olub.
   Görədil kəndi özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Ərazidəki ən qədim qəbirstanlıq, Əbdülrəhman Məscidi (1320) və “Qardaşlıq abidəsi” müasir dövrümüzə qədər qorunub saxlanılmışdır. Amma Qədim obdan (su quyusu), “Ağa Murad” hamamı, “Cannat” Pir ocağı və bir tarixi bilinməyən Kərbəlayi Həşim Məscidi Sovet hakimiyyəti illərində dağıdılıb.
   Görədil kəndində Quşçuluq ferması, Su idarəsi, Ayaqqabı fabriki fəaliyyət göstərir. Kənddə Dəmir yolu xətti, poçt, telefon rabitə xətti istifadəyə verilib. Bununla yanaşı məktəb, Mədəniyyət evi də əhalinin istifadəsindədir. Regional ərazidə “Sərhədçi” sanatoriyası yerləşir. Yollara asfalt çəkilmişdir.
   Həmçinin Xəzər dənizi sahilində yerləşən bu kənd bəzən gücü 12 bala çatan xəzri küləkləri ilə üzləşməli olur. Qeyd edək ki, sahil zonasında şaha qalxan dəniz dalğalarının dağıdıcı təsiri və küləyin yaratdığı eol prosesləri ekoloji gərginlik yaradan hallardandır. Xüsusilə Xəzər dənizinin səviyyəsinin bəzi vaxtlarda qalxması Abşeron yarımadasında ciddi ekoloji problem yaranmasına səbəb olub. Yəni, 1977- ci ilin ortalarından 1996- cı ilin sonuna qədər Xəzər dənizinin səviyyəsi iki metr yarımdan artıq qalxaraq çimərlikəri basıb, həmçinin dik yamaclarda isə abraziya prosesi baş verib. Bununla yanaşı hərdən Xəzər dənizi səviyyəsinin aşağı düşməsi nəticəsində neçə kilometrlərlə akkumulyativ düzənlikər dəniz suyundan azad olub. Amma onun yerində şorlaşmış qumlar, qum təpəcikəri, düyünlər yaranıb. İstər sahil zonasında və istərsə də onun mərkəzində olan balıqqulaqlarının və qumların daşınması, sahilə yaxın evlərin salınması onun təbiətini şikəst edib. Bir sözlə yarmadanın gözəlliyinin itirməsinə və relyefinin təbii mənzərəsinin pozulmasına gətirib çıxarıb.
   Samur-Dəvəçi kanalının Abşeron yarımadasına qədər çəkilməsi buranın şirin su ilə təmin olunmasına və kanal boyu torpaqların suvarılmasına əlverişli şərait yaratdı. 1954- cü ildə Görədildə kanal suyu istifadəyə verilmişdi. Əkinçilik üçün isə bu sudan istifadə edilir. Bəzən bu suya bağlardan çirkab suları da axıdılır. Bu yolla kanalın suyu ciddi infeksiya mənbəyinə çevrilir.
   Özünəməxsus adət-ənənələrə, mənəvi və əxlaqi dəyərlərə malik olan Görədil kəndində sosial-iqtisadi problemlərdə mövcuddur. Belə ki, kənddə müasir tələblərə cavab verən tibb, səhiyyə ocağı, aptek hələ də yoxdur. Kəndin sosial-iqtisadi inkişafını yaxşılaşdırmaq və əhalini işlə təmin etmək üçün Kənd Bələdiyyəsi tərəfindən proqram işlənilir. Ən başlıcası son zamanlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə yanaşı Bakı kəndləri və ətraf qəsəbələrin inkişaf proqramı da hazırlanmışdır. Bu proqrama Görədil kəndi də daxil olmaqla Bakı kəndləri və qəsəbələrinin yeni inkişafı mərhələsinin başlanğıcı olacağına əminlik yaradır. Elə bu baxımdan Abşeron kəndlərinin sosial vəziyyəti yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı proqramı Görədil kəndinin əhalisinin də həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq.
Belediyye.com All rights reserved © 2008 Created by Lider Web studio