az | rus | eng
 
HAQQINDA STRUKTUR QALEREYA BƏLƏDİYYƏYƏ SÖZÜM VAR XƏBƏRLƏR ƏLAQƏ
  SON XƏBƏRLƏR


ətraflı oxu


ətraflı oxu
BİZİMLƏ ƏLAQƏ
Abşeron Rayon Görədil kəndi.
S. Vurğun 14.

Tel: (+994 12) 443 61 00
      (+994 12) 443 63 01
   Sədr - Rzayev Baba Balabəy oğlu 06 mart 1948– cü ildə Abşeron rayonu Görədil kəndində fəhlə ailəsində anadan olub.
  1955 – ci ildə Görədil kənd orta məktəbinin 1 ci sinfinə daxil olub və 1963 – cü ildə həmin məktəbin 8 ci sinfini bitirib.
  1963 cü ildə təhsilini Binəqədi rayonu 182 saylı orta məktəbdə dəvam etdirib.
  1967 ci ildə Xalq Təsərrüfatı İnistituna daxil olub və 1973 cü ildə təhsilini bitirib.
  1999 cu ildə Görədil Bələdiyyəsinin sədri seçilib və hal hazırda Görədil Bələdiyyəsinin sədri vəzifəsində çalışır.
  Ailəlidir. 4 övladı 7 nəvəsi var.
   Sədr müavini- Mahmudov Yuris Məmməd oğlu 01 yanvar 1950 ci ildə Ermənistan SSR böyük rayonunda fəhlə ailəsində anadan olub.
  1951 ci ildə ailəsi ilə birlikdə Beyləqan rayonunda məskunlaşıb.
   1957 ci ildə Beyləqan rayonunda “Şəfəq ” qəsəbə orta məktəbinin 1 ci sinfinə daxil olub və 1967 ci ildə həmin məktəbin 10 cu sinfini bitirib.
   2004 cü ildə Bakı Biznes Universitetinin “İqtisadiyyatn hüquqi tənzimlənməsi” fakultəsinə daxil olub. 2008 ci ildə təhsilini başa vurub.
   1999 cu ildə Görədil Bələdiyyəsinin sədr müavini seçilib və hal-hazırda Görədil Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır.
   Ailəlidir. 2 övladı 7 nəvəsi var.
  Bələdiyyə üzvü- Daşdəmirov Əbülfəz Dünyamalı oğlu 15 sentyabr 1952 ci ildə Abşeron rayon Görədil kəndində qulluqçu ailəsində anadan olub.
   1959 cu ildə Görədil kənd orta məktəbinin 1 ci sinfinə daxil olub və 1967 ci ildə həmin məktəbin 8 ci sinfini bitirib.
   1975 ci ildən Abşeron rayon Görədil kəndində yerləşən Suvarma Sistemləri idarəsində maşinist vəzifəsində çalışır.
   2005 ci il dekabrın 17 də Görədil Bələdiyyəsinin üzvü seçilib.
  Ailəlidir. 2 övladı və 1 nəvəsi var.
   Bələdiyyə üzvü- Əliyev İbrahim Rəhimbala oğlu 16 iyun 1963 cü ildə Abşeron rayonu Görədil kəndində fəhlə ailəsində anadan olub.
   1970 ci ildə Görədil kəndində 1 ci sinfə daxil olub və 1978 ci ildə həmin məktəbin 8 ci sinfini bitirib.
   1978 ci ildə Azər Dəmiryol texnikomuna daxil olub və 1981 ci ildə təhsilini bitirib.
   1981 ci ildən Abşeron rayonu Görədil kəndində yerləşən Suvarma sistemləri idarəsində mühəndis vəzifəsndə çalışır.
   1999 cu ildən Görədil bələdiyyəsinin üzvü seçilib.
   Ailəlidir. 2 övladı var.
   Bələdiyyə üzvü- Əliyev Arif Məsim oğlu 1 yanvar 1956 cı ildə Ağcabədi rayonunun Yeniqaradoaq kəndində anadan olub.
  1963 cü ildə Ağcabədi rayonunda yerləşən Fizuli adına orta məktəbin 1 ci sinfinə daxil olub və 1973 cü ildə həmin məktəbin 10 cu sinfini bitirib.
  1973 cü ildə S. Ağamalı adına Kənd Təsərrüfatı institutnun Aqranomiya fakultəsinin aqranomluq şöbəsinə daxil olub və həmin institutu 1978 ci ildə bitirib.
  2001 ci il tarixdən hal-hazıra kimi Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitunun toxumçuluq şöbəsində baş mütəxəsis işləyir.
  1999 cu ildən Görədil bələdiyyəsinin üzvü seçilib.
  Ailəlidir. 4 övladı var.
   Bələdiyyə üzvü- Əliyev Mərkəz Mütəllim oğlu 07 fevral 1954 cü ildə Abşeron rayon Görədil kəndində fəhlə ailəsində anadan olub.
  1961 ci ildə Görədil kənd orta məktəbin 1 ci sinfinə daxil olub və 1969 cu ildə həmin məktəbin 8 ci sinfini bitirib.
  Heç bir yerdə işləmir.
  1999 cu ildən Görədil bələdiyyəsinin üzvü seçilib.
   Ailəlidir. 3 övladı və 2 nəvəsi var.
Belediyye.com All rights reserved © 2008 Created by Lider Web studio