Beynәlxalq Sığorta Şirkәti

 


Beynəlxalq Sığorta Şirkəti (BSŞ) 5 Fevral, 2002-ci ildə təsis olunmuşdur və 1 aprel 2002-ci ildə lisenziya almışdır. Yarandığından çox qısa bir müddət sonra, BSŞ Azərbaycanda qabaqcıl şirkətlər arasnda yer tutdu. BSŞ hər növ sığorta xidməti etməkdədir və 25 müxtəlif növdə sığorta fəaliyyətində lisenziyaya sahibdir. Bunlar arasında əsasən həyat, tibb, bədbəxt hadisə, əmlak, nəqliyyat vasitəsi (avtomobil və s.), yük, öhdəlik və tikinti-montaj sığorta xidmətləri yer alır.

Beynəlxalq Sığorta Şirkəti bütövlüklə Azərbaycan Beynəlxalq Bankına məxsusdur (www.ibar.az). Bankın səhmlərinin 51% dövlətə və 49% yerli Azerbaycan investorlarına məxsusdur. Beynəlxalq Bank Azərbaycanda ən böyük bankdır və hal hazırda özəlləşdirmə prosesindədir. Özəlləşdirmənin 2004-cü ilin yazına qurtarması planlaşdırılıb. Ümumiyyətlə, Bankın çox böyük əlaqələri mövcuddur, hazırda 30-dan çox filialı vardır. Yaxın gələcəkdə bu filiallar BSŞ-nin agentlikləri kimi də fəaliyyətə başlamaları nəzərdə tutulur.

Öz nizamnamə kapitalına görə (5 000 000 ABŞ dolları) Beynəlxalq Sığorta Şirkəti Azərbaycanda ən böyük sığorta şirkətidir. Bu kapital Azərbaycanda fəaliyyət göstərən, 30 lisenziya almış şirkətlərin cəmi kapitallarının 34%-i təşkil edir. 2003-cü ilin sonlarına, qanunvericiliyə görə, Azərbaycanda sığorta şirkətli üçün minimum nizamnamə kapitalı 400 000 ABŞ dolları məbləğinə artırılacaqdır.

BSŞ-nin missiyası gələcəkdə Azərbaycan sığorta bazarında yüksək etibara və imidjə nail olmaq üçün öz biznesini və gəlirini genişləndirməkdən ibarətdir. Bununla əlaqədər BSŞ qarşısına bəzi strateji hədəflər qoymuşdur:

Azərbaycan sığorta bazarında ilkin üçlükdə olmaq və ya şirkətin fəaliyyət göstərdiyi yeni bazarlarda liderliyə nail olmaq;
Əsasən həyat və tibbi sığorta bazarında sistemli olaraq fəaliyyəti artırmaq;
Təklif olunan xidmətlər və məhsullar barəsində ilkin olaraq müştəriləri məlumatlandırmaq, müştəri sektorunu zəruri informasiya ilə tam təmin etmək, potensial bazarlarla əlaqələr qurmaq və müştəri etibarını qazanmaq.

Bundan başqa öz bazar payını genişləndirmək üçün, şirkət yeni məhsul və xidmətlər təklif etmə imkanına malikdir.

BSŞ öz partnyorları və müştəriləri qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi əsasən, şirkətin geniş sığorta xidmətləri portfelindən, mühüm sığorta ehtiyatlarından, faktiki iş təcrübəsindən və peşəkar işçi heyətindən asılıdır. Bu standartlara nail olmaq üçün şirkət beynəlxalq sığorta bazarı ilə sıx əməkdaşlıq edir.

Bu ilin əvvəlindən BSŞ beynəlxalq fəaliyyətini gücləndirdi. Bu fəaliyyətlər İngiltərə, Almaniya, İsveç və Rusiya kimi ölkələri əhatə edir. BSŞ dünyanın ən böyük təkrar sığorta şirkətlərindən olan Hannover-Re Şirkəti ilə təkrar sığorta müqaviləsi bağlamışdır. Bundan başqa şirkət Lloyd’s sindikatları ilə də birgə əməkdaşlıq edir.

Beynəlxalq Sığorta Şirkəti sığorta anlayışının inkişafında artıq Azərbaycan bazarında özünü tanıtmışdır.

Qurulduğu gündən Beynəlxalq Sığorta Şirkətinin idarə və işçi heyətlərində təcrübəli sığortaçılar işləməkdədir. İdarə heyyətinin üzvləri aşağıdakılardır: cənab Elxan Qəribli (İdarə Heyətinin Sədri), cənab Anders Norskov (İdarə Heyətinin Sədr Müavini), cənab Fariz Abbasov (İcraçı Direktor) və cənab Ruslan Həsənbəyov (Maliyyə Direktoru). İdarə heyyətinin əksər üzvlərinin yalnız Azərbaycanda deyil, hətta Avropanın bir çox ölkələrində sığorta sahəsində çox illik iş təcrübələri vardır. Təyin olunmuş peşəkar sığortaçı heyət Azərbaycan, Rus və İngilis dillərində sizə sığorta xidmətləri təklif etməyə hazırdırlar. Sığorta ekspertlərindən savayı şirkətdə hüquqşunaslar və iqtisadçılar, aktuar və maliyyə ekspertləri, həkim və mühəndislər çalışmaqdadır. Bunlarla yanaşı reklam ekspertləri, arxitektorlar və proqramçılar yer almaqdadır.