BSŞ Nəqliyyat Vasitələri Sığortası

 

Nəqliyyat Vasitələri Sığortasından Nə Üçün İstifadə Olunur?

Əgər avtomobil idarə edirsinizsə, qəza halları ehtimalı mümkündür. Zədələnmələri sağaltmaq və avtomobili bərpa etmək xərcləri adətən sizin imkanınızdan xeyli artıq olduğundan həmin xərciləri ödəmək üçün böyük maliyyə vəsaitinə ehtiyacınız olur.

Sığorta şirkəti ilə bağladığınız Nəqliyyat Vasitələri Sığortası müqaviləsinə əsasən siz daha az ödəyib əvəzində qəza hallarında daha böyük məbləğ əldə etmiş olursunuz. Sizin hər il ödədiyiniz sığorta tarifi sürücülük vəsiqəniz, yaşınız/təcrübəniz, idarə etdiyiniz nəqliyyat vasitəsinin markası, nəqliyyat vasitəsindən istifadə müddəti və s. amillərlə müəyyənləşdirilir.

Nəqliyyat Vasitələri sığortası BSŞ-nın dinamik şəkildə inkişaf etdirdiyi sahələrdən biridir. İstər fərdi, istərsə də kollektiv şəkildə müştərilərimizin sayı durmadan artır. Şirkətimizin

Fərqləndirici Cəhəti Nədir?

  • Münasib qiymətlər
  • Tez və effektiv ödəmə xidməti
  • Avtomobil oğurluq və fiziki ziyandan sığorta
  • Məsuliyyət sığortası
  • Sürücü və sərnişinin bədbəxt hadisədən fərdi sığortası
  • Komplektləşdirilmiş sığorta məhsulları.

Standart şərtlərdən əlavə biz böyük avtomobil parklarına sahib şirkətlərə sifarişlə sığorta proqramları təklif etməkdən məmnun olarıq. BSŞ Nəqliyyat Vasitələri Sığortası nəqliyyat vasitəsinə dəyən ziyanın qarşılığını ödəyərək sürücünün ehtiyatsızlığı üzündən onu üçüncü tərəf qarşısında məsuliyyətdən qoruyur. Təminat Necə Verilir? İstədiyiniz Nəqliyyat Vasitələri Sığortası proqramını almaq üçün Sizin Beynəlxalq Sığorta Şirkətinə müraciət etməyiniz kifayətdir. Seçdiyiniz Nəqliyyat Vasitələri Sığortası şəhadətnaməsi ilə Sizə ən azı bir il müddətinə təminat verilir.