| BSŞTəhsil
Sığortası |
||
|
Beynəlxalq Sığorta Təhsil Sığortası valideynlər həyatını və ya bədbəxt hadisə zamanı iş qabiliyyətini itirdikdə uşaqların təhsil haqlarını ödəyir. Başqa sözlə desək, valideynlər bu sığorta xidməti vasitəsilə övladlarının təhsil haqlarını və digər xərclərin ödənməsini təmin edir. Təhsil Sığortası ilə uşaqlar təhsil aldığı müddüti sığortalana bilər. Beynəlxalq Sığorta Şirkəti müqaviləni sənədləşdirmək üçün şəhadətnamə verir. Şəhadətnamə sığorta pulu ödəndikdən sonra qüvvəyə minir. Ödəmələr aylıq, üçaylıq və ya illik ola bilər. Qrup Halında Sığorta təhsil müəssisələri (məktəblər, kolleclər, universitetlər) üçün nəzərdə tutulub. Sığortalanan “qrup” azı 100 uşaqdan ibarət olmalıdır. Qrupa yalnız bir şəhadətnamə verilir. Şəhadətnamədə təhsil müəssisələri sığortalanan və pul ödəniləcək tərəf kimi göstərilir. Ziyanın qarşılığını Beynəlxalq Sığorta Şirkəti birbaşa təhsil müəssisəsinə ödəyir.
Təhsil Pulu Necə Hesablanır?
Qrup Halında Təhsil Sığortasında valideynlər sağlamlıq bəyannaməsi imzalayır və sığorta pulu sığortalanan uşaqların, şagird və ya tələbələrin sayından asılı olur.
Vergidə üstünlüyünüz varmı?
Əgər siz təhsil müəssisəsini və ya şirkəti təmsil edirsinizsə, biz sizi maraqlandıran vergi prinsiplərini sizə təklif etməkdən məmnun olarıq. |
||