|
İşçilərin sağlamlığı
hər bir təşkilatın inkişaf və gələcəyinin
mühüm təzminat mənbəyi olduğundan BSŞ
-nın fəaliyyətində Tibbi Sığorta xüsusi
yer tutur.
BSŞ öz müştərilərinə
ən yaxşı tibbi müəssisələrdə beynəlxalq
standartlara uyğun tibbi təminatın təşkili ilə
bağlı xidmətlərini təklif edir və tibbi
müəssisələrdə sığortalanan şəxslərin
hüquqlarının mühafizəsini təmin edir.
Şirkətin xüsusi tibbi
bölməsində böyük təşkilatçılıq
və müalicə təcrübəsinə malik peşəkar
həkimlər çalışır. Tibbi bölmədə
9 həkim, 2 ekspert və 4 dispetçer fəaliyyət göstərir.
BSŞ xarici dil bilən səriştəli həkimlərin
çalışdığı tibbi dispetçer xidmətini
təşkil edib. Dispetçerlər çətin vəziyyətdə
öz yardım əlini sığortalanan şəxslərə
uzadaraq yaranan problemləri operativ şəkildə aradan
qaldırmağa və sığorta proqramı ilə
bağlı yaranan suallara təfərrüatlı cavab
verməyə hazırdır. Müalicənin keyfiyyətinə
müntəzəm nəzarəti şirkətdə çalışan
ekspertlər, yaxud işə cəlb olunan mütəxəssislər
həyata keçirir. BSŞ sığortalanan hər bir
kəsin şəxsi nəzarətinə zəmanət
verir. Müştərilərə göstərilən
xidmətin pulunu alan tibbi bölmə sığortalanan
şəxsin sağlamlığı haqda statistik məlumat
toplayır. Davamlı əldə edilən informasiyaya görə
aylıq xəstəlik təhlili aparılır.
BSŞ respublikanın ən
yaxşı klinikaları ilə müqavilə imzaladığından
müştərilərdən çəkilən xərcin
müqabilini gözləmək tələb olunmur. Şirkətin
əsas ortağı müalicə metodları, müasir
avadanlığı və səriştəli heyəti
ilə tanınan Mərkəzi Klinik Xəstəxanadır.
Bütün bunlar qısa zaman ərzində müştəriləri
hərtərəfli müalicə ilə təmin etməyə
imkan verir. Müalicənin keyfiyyətini artırmaq məqsədilə
şirkət tibbi müəssisələrə kapital qoyuluşu
məsələsi üzərində çalışır.
BSŞ-nin təklif etdiyi xidmətin
spesifikliyi ondadır ki, hər kəs zəruri sığorta
proqramının tərtibatında iştirak edib, təklif
olunan tibbi xidmətlərin növ və həcmini müəyyənləşdirib,
müalicə olunacağı tibbi müəssisəni
seçə bilər. Biz sizə sığorta sistemi ilə
bağlı geniş seçim imkanı təqdim edirik.
Əsas diqqəti uzun müddətli
əməkdaşlığa yönəldən BSŞ
müştərilərini güzəştli satış,
imtiyaz və qismən ödəmə sistemi ilə təmin
edir. Hər hansı sığorta növü haqda müqavilə
imzalayan müştərilərə əlavə xidmət
və imtiyazlar təqdim olunur.
BSŞ işçilərinizə
nə vəd edir?
BSŞ-nin təqdim etdiyi dəyişik
çeşiddə tibbi sığortalar sahibkarları arzuladıqları
müavinət proqramı ilə təmin edir. Bu proqrama
əsasən onlar imkanları daxilində özlərinin
və ailələrinin ehtiyacı olan sığortanı
əldə edə bilirlər.
Ehtiyaclarının hərtərəfli
ödənilməsi üçün işçiləriniz
tam mühafizə paketinə sahib olmalıdır. Bunun
üçün siz hər birində fərqli sığorta
səviyyələri təklif edilən tibbi xidmət tiplərindən
birini seçməlisiniz. Məsləhət və ya yardım
üçün işçiləriniz 24 saat boyu fəaliyyət
göstərən telefon xəttinə müraciət edə
bilər. Bunun üçün onlar üzvlük kartında
və ya digər sənədlərdə göstərilən
telefon nömrələrinə zəng etməlidir. Təcili
yardım xidməti üzrə ixtisaslaşan ortağımız
– Mərkəzi Klinik Xəstəxana lazımi təcili
yardım göstərməyə hazırdır. İş
yeri uzaqda (ən azı şəhərdən 50 km uzaqda)
yerləşirsə, BSŞ Mərkəzi Klinik Xəstəxana
ilə birgə təcili yardım mərkəzini məhz
həmin ərazidə yaradır.
Tibbi müəssisələrin
siyahısında adı çəkilən xəstəxana
və tibbi mərkəzlərlə bağlı şirkətin
ehtiyacları Birbaşa Ödəmə Yolu ilə ödənir.
(Sığorta təminatçısı olan BSŞ işçinin
xəstəxana xərclərini xəstəxana ilə
razılaşdırılmış müddət ərzində
ödəyir.)
Bizimlə əməkdaşlıq
etməklə siz işçilərinizdən nigaran qalmayacaq,
tibbi avadanlıqlara əlavə xərc çəkməyəcək
və bu avadanlıqlarla işləyəcək əlavə
heyəti işə götürməyəcəksiniz.
Çünki bunların hamısını biz təşkil
edəcəyik. Bizimlə əməkdaşlıq sizin
üçün bütün hallarda faydalıdır. Biz
sizin vaxtınıza və pulunuza qənaət edərək
öhdəçiliyinizi öz üzərimizə götürüb
işçilərinizin tibbi problemlərini həll edirik.
Yerli şirkət kimi biz sizin sığorta xərclərinizin
gəlirdən çıxılmasına imkan yaradırıq.
Aşağıda BSŞ-nin sığorta tibbi sığorta
proqramları ilə tanış ola bilərsiniz;
- Stasionar xidmətləri
- Ambulator-poliklinika xidmətləri
- Təcili və təxirəsalınmaz
tibbi yardım xidmətləri
- Dərman təminatı
- Stomatoloji xidmətlər
- Profilaktik tədbirlər
- Profilaktik müayinə
- Sanatoriya-kurort müalicəsi
- Doğum və doğuma yardım
- Şəxsi (ailə) həkimin xidmətləri
•
Stasionar xidmətləri:
- kəskin və ya kəskinləşmiş
xroniki, terapevtik və ya cərrahiyyə xəstəliklərin
inkişafı ilə əlaqədar çox profilli ixtisaslaşmış
stasionarlara yüksək komfortlu bir nəfərlik palatalarda
24 saat ərzində fövqəladə və planlaşdırılmış
hospitallaşdırma;
- reanimasiya tədbirləri və intensiv
terapiya;
- xəstənin həkim tərəfindən
müəyyən edilmiş müayinəsinin aparılması;
- diaqnostik, laboratoriya və instrumental
tədqiqatın genişlənmiş həcmi;
- həkim məsləhətləri
və digər peşəkar xidmətlər, konsiliumlar;
- qəbul olunmuş tibbi standartlara uyğun
olaraq aparılan tibbi müalicəvi köməyin göstərilməsi;
- xəstənin lazımı dərmanlar,
preparatlar və tibbi ləvazimatlarla təmin edilməsi;
- həkim tərəfindən təyin
edilmiş pəhriz yeməkləri ilə təmin olunması;
- cərrahiyyə əməliyyatından
sonrakı və ümumi palata xidməti;
- reabilitasiya
- lazım olduqda həkim heyətinin
müşayiəti ilə xüsusi tibbi nəqliyyat
vasitəsilə nəql;
- azımi tibbi sənədləşmənin
aparılması (xəstəlik vərəqələri,
epikrizlər, ekspertin rəyi və məsləhətlər);
•
Ambulator-poliklinika xidmətləri:
- bütün ixtisaslar üzrə həkim
qəbulu, məsləhəti, nəzarət;
- həkim və ya tibb bacısının
evə və ya ofisə çağırılması;
- lazımi diaqnostik tədqiqatın
aparılması (funksional diaqnostika, rentgenoradiologiya,ultrasəs,
endoskopiya,laboratoriya və.s.);
- geniş həcmli müalicəvi kömək
göstərilməsi, o cümlədən, müalicəvi
massaj, fizioterapiya, iynərefleksoterapiya, manual terapiya,
balneolojik prosedurlar və s.;
- kiçik cərrahi müdaxilə;
- həkim təyinatı ilə müalicəvi
prosedurların yerinə yetirilməsi;
- ev şəraitində mütəxəssis
təyinatının yerinə yetirilməsi;
- böyüklər üçün
pəhriz məsləhətləri, körpənin süni
qidalanması və qidalanma məsləhətləri;
- tibbi sənədlərin tərtib edilməsi və
verilməsi (resept, arayış, xəstəxanaya göndəriş,
ekspertin rəyi);
- müvəqqəti olaraq əmək
qabiliyyətinin itirilməsinin ekspertizası , əmək
qabiliyyətinin itirilməsi haqda vərəqənin
verilməsi və uzadılması;
- ambulator şəkildə reabilitasiya;
- digər hospitallaşma tələb etməyən
tibbi xidmətlər.
•
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri:
- 24 saat ərzində müasir avadanlıq
və yüksək ixtisaslı həkimlərlə
təmin olunmuş ixtisaslaşmış təcili və
təxirəsalınmaz tibbi yardım briqadalarının
gəlişini təşkil etmək;
- həyat üçün təhlükəli
hal baş verdikdə təxirəsalınmaz tibbi yardım
göstərmək;
- tam dərman təminatı;
- zəruri hallarda evakuasiya və hospitallaşdırma.
•
Dərman təminatı:
- ambulator müalicə zamanı müalicə
həkimi tərəfindən təyin olunmuş pulsuz
dərman preparatları və istifadə olunan tibbi ləvazimatların
təminatı.
• Stomatoloji xidmətlər:
- ixtisaslı tibbi müəssisələrdə
sutka ərzində təxirəsalınmaz stomatoloji
xidmət;
- rentgenoloji müayinə, vizioqrafiya;
- üz- çənə nahiyəsinin
ağrısızlaşdırılması;
- cərrahi stomatologiya;
- kariesin və onun ağırlaşmalarının
terapevtik müalicəsi, kompozit materiallardan istifadə
etməklə plombaların qoyulması;
- ağız boşluğunun iltihabi
xəstəliklərinin, parodontit daxil olmaqla, çənə-üz
nahiyəsində kəskinləşmiş abses və
fleqlonanın müalicəsi.
•
Profilaktik tədbirlər:
- immun sisteminin kompleksli aktivləşdirilməsi;
- epidemiya göstərciləri ilə
əlaqədar və müxtəlif infeksiyalı xəstəliklərin
profilaktika məqsədilə vaksinasiyası (qrip, hepatit
A, hepatit B, difteriya, malyariya, xolera);
- vitaminləşmə.
•
Profilaktik müayinə:
- Sığorta olunanın qabaqcadan
razılaşmış müayinəsi üçün
klinikada kompleks ölçülər;
- müayinənin həcmi və qabaqcadan
planın birgə tərtib edilməsi;
- baza yoxlaması cinsi, yaşı, əmək
növü və s. nəzərə alınan fərdi
proqram əsasında tərtib olunur.
•
Sanatoriya-kurort müalicəsi:
- tibbi sənədləşmə ilə
və Sığorta olunanın həkim–ekspertin rəyi
ilə təsdiq olunmuş tibbi göstəriciləri
olarsa stasionarın–sanatoriya və ya kurort şəraitində
reabilitasiyabərpa müalicəsi təşkil olunur.
•
Doğum və doğuma yardım:
- hamiləlik dövründə həkim–mütəxəssislərin
nəzarəti və məsləhəti;
- hamilənin və dölün sağlıq
durumunu qiymətləndirmək üçün lazimi
laboratoriya və klinik – diaqnostik tədqiqatın aparılması;
- doğuma hazırlıq;
- doğumun başlanması zamanı
Sığorta olunanın xüsusi nəqliyyat vasitəsi
ilə stasionara daşınması;
- doğum vaxtı təcili tibbi yardımın
göstərilməsi; - ana və körpənin doğuşdan
sonra rahat palatalarda yerləşdirilməsi;
- doğum evində körpənin həkim–neonatoloq
tərəfindən müayinəsi və nəzarəti.
• Şəxsi
(ailə) həkimin xidmətləri:
- Sığorta olunanın tibbi problemləri
ilə tanış olması ;
- fərdi tibbi proqramlar və dispanserizasiya
planının işlənib hazırlanması;
- mütəxəssislərin məsləhətləri,
laboratoriya və instrumental tədqiqatlar;
- təcili və planlaşdırılmış
hospitallaşma zamanı şəxsi həkimin iştirakı
və nəzarəti;
- müalicə müəssisələrində
Sığorta olunanın maraqlarının təbliğ
olunması;
- xəstəlik baş verdikdə hospitallaşma
tələb olunmursa Sıgorta olunanın müntəzəm
olaraq evdə yoxlanılması və zəruri hallarda
stasionarın təşkil olunması; - lazımi tibbi
sənədləşmə, əmək qabiliyyətinin
itirilməsi ekspertizası, reseptlərin, göndəriş
və rəylərin verilməsi;
- telefonla məsləhətlərin
verilməsi.
İstədiyiniz tibbi proqramı
almaq üçün Sizin Beynəlxalq Sığorta Şirkətinə
müraciət etməyiniz kifayətdir.
|