ana səhifə əlaqə Bələdiyyəyə sözüm var   az | rus | eng
əfsanəvi yanar dağ >>
HAQQINDA STRUKTUR QALEREYA VIDEO XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR
  19.06.2008
2009-2013 cü illərədək kənd ərazisində müasir standartlara uyğun...

ətraflı


  19.06.2008
Kəndin bütün yol infrastrukturunun, o cümlədən yeni salınmış məhəllələrdə...

ətraflı


  19.06.2008
Kəndin təbii qazla təminatı 2009 cu ildən 2013 cü ilədək kəndin...

ətraflı


   Məhəmmədi kəndi Abşeronun nisbətən cavan kəndlərindən sayılsa da onun yerləşdiyi ərazi haqqında çox qədim mənbələrdən məlumat verilir. Bizim eradan əvvəl yaşamış və tarixin atası sayılan Heredot Azərbaycana səyahət edərkən məşhur "Yanardağ"da olmuş, onun yaxınlığında yaşayış məskəni olduğunu qeyd etmiş, həmin məskənlərin adını "Qurd yuvası" və "Kirməkinin" kimi göstərmişdir.

  Yerli əhalinin bilgisinə görə 1112-ci ildə monqol işğalı zamanı kənd camaatı Azərbaycanın cənub bölgələrinə gedərək orada Məhəmmədi, Şahsevənli,Qaradağlı, Qasımxanlı adlı kəndlərdə məskunlaşmışlar. Kəndin Muğanlı tayfasının Məmmədli tirəsinin adı ilə bağlılığı barədə də fikirlər mövcuddur. Ad yerli əhali arasında Məhəmmədi formasında işlənir.
 
  Məhəmmədi kəndini Abşeronun başqa kəndlərindən fərqləndirən onun coğrafi mövqeyinin bir qədər fərqli olmasıdır. Belə ki, Abşeronda bütün kəndlər bir-birinə yaxın olduğu halda, Məhəmmədi kəndinin dörd bir tərəfi əkin sahələridir və bu səbəbdən Məhəmmədi başqa kəndlərdən uzaq məsafədə yerləşir.

    Copyright 2008, Mehemmedi Belediyyesi. All rights reserved. Created by Vision Production Center