Azeri Russian English BƏLƏDİYYƏYƏ SÖZÜM VAR
axtarış sistemi  
HAQQINDA Qalereya TƏDBİR XİDMƏT ƏLAQƏ

    Abşeron bağlarının yaranması tarixi mənbələrə görə 5 min il əvvəllərə gedib çıxır və bu ərazidə yerləşən bağlar arasında ən qədim bağlar Novxanı bağlarıdır. Buna əsaslanaraq deyə bilərik ki, Novxanı kəndinin də tarixi çox qədimdir. Hərçənd bir çox mənbələrdə onun yaranma tarixi kimi orta əsrlər göstərilir. Təəssüf ki, kənd tarixi mərhələlərdə müxtəlif yerlərə köçdüyündən tariximizin daha uzaqlara gedib çıxması haqqında az məlumatlıyıq. Qaynaqlara görə hələ 500 il əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün xəzrisində “Siyan” adlı kənd olub. “Siyan” sözü “yanmaq” sözü ilə bağlı olub. “Sis”, “his”, “tüstü” sözünün deformasiyaya uğramış variantı kimi yozulur “hisyandıran” kimi mənalandırılır.

    Bu kənd XVII əsrin ortalarından dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmış, əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Bu kənddə tikilmiş yeni evlərə “təzə evlər”- farsca “nov xanı” adı verilmişdir ki, sonralar kənd bütövlükdə Novxanı adlandırılmışdır. Novxanı həm zahirən, həm də mental cəhətdən Abşeronun başqa kəndlərinə çox oxşasa da fərqli cəhətləridə vardır. Kəndin qədim hissəsində qalmış ev və həyətlərə diqqət yetirdikdə görürük ki, hər bir həyətdə su quyusu və tövlələr, habelə xırman, bostan məhsulları saxlamaq üçün anbarlar vardır. Novxanı kəndinin əncir və üzümü başqa kəndlərdən fərqlənir. Binaların və həyətlərin quruluşundan belə məlum olur ki, insanlar əsasən əkinçilik və maldarlıqla məşğul olmuşlar. Novxanıda demək olar ki, hamının evində xalça, palaz toxunub, parçadan, zər baftadan tikmələr tikilib.

    Yerli əhalinin özəl xüsusiyyətləri haqqında danışarkən bir fakt tez-tez vurğulanır ki, novxanılılar heç vaxt bağa çəpər çəkməz, həyətə qıfıl vurmazlarmış. Milli adətlərdən xeylisi bu günə gəlib çıxmasa da, bir qismi qorunmaqdadır. Məsələn, bağa köçəndə, bağdan geri qayıdanda “Yurd halvası ” çalınır, bağa gedənlər üçün aparılırmış.

   Kənddə əsasən xəmir və ət xörəklərinə üstünlük verilir. Əvvəllər çox işlənən balıq xörəkləri indi az işlənir. Çünki bir vaxtlar insanlar istədiyi balığı vətəgələrdən gətirirdilər. İndi həmin balıq növlərini tapmaq çətindir.

   Kənddə Məmməd Əmin Rəsulzadə,Mirzəbala Məmmədzadə, Seyid Hüseyin, Ümgülsüm  və Oqtay Sadıqzadələr, Kamil Balakişiyev, Ruhulla Qafil, Həbib Balasadıq-oğlu, Əzim Əzimzadə, Lütvi Zadə, Mehdi Hüseyinzadə, Süleyman Rüstəm, M. Nəcəfov, A. Əlizadə, S. Orucov, N. Fərmanzadə kimi şəxsiyyətlər çıxmışdır.

    Abşeron nemətlərindən olan zəfəran, badam və püstə sovğozlar ləğv edildiyindən yalnız fərdi həyətlərdə yetişdirilir.

    Novxanıda XVII əsrə aid Şah Sultan Hüseyn məscidi vardır.

    Qarabağ savaşında 52 novxanılı iştirak edib. Onlardan 5 nəfəri şəhid olub.         





SON XƏBƏRLƏR
  14.04.2008
7 saylı uşaq bağçasına 280 manat dəyərində 1 ədəd...
ətraflı oxu



  14.04.2008
Novruz bayramı münasibəti ilə kəntdə yaşayan şəhid ailələrinin...
ətraflı oxu



  14.04.2008
Novxanı-Saray,Novxanı-Binəqədi asfalt yolunun...
ətraflı oxu



  14.04.2008
Novruz bayramı ərəfəsində Novxanı bələdiyyəsi və icra nümayəndəliyi tərəfindən...
ətraflı oxu



VIDEO QALEREYA
Bütün hüquqlar qorunur! 2008 Novxanı bələdiyyəsi. Sayt Lider Web studyası tərəfindən hazırlanıb