ANA SƏHİFƏ HAQQINDA STRUKTUR QALEREYA BƏLƏDİYYƏYƏ SÖZÜM VAR XƏBƏRLƏR ƏLAQƏ
az | ru | en
   Ana səhifə   Son xəbərlər
    Qaradağ rayon Puta bəldiyyəsi öz işini Azərbaycan Respublikasının qanunlarına bələdiyyənin perspektiv iş planında nəzrdə tutulmuş işlərin həyata keçirilməsi istiqaməində quraraq 2008-ci il ərzində bir sıra işlər görülmüşdür. Belə ki, Puta qəsəbəsində abadlıq. Təmizlik işlərinin aparılması, qanunsuz tikililərə qarşı mübarizə və qəsəbə əhalisinin kommunal xidmətləri (içmıli su, təbii qaz və elektrik enerjisi) ilə fasiləsiz təmin olunması məsələləri Puta bələdiyyəsinin diqqətində saxlanılmış, mövcud problemlərin operativ şəkildə həll edilməsi üçün işlər həyata keçirilmişdir.
    Qış aylarında hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar şaxtada qəsəbənin su borularında yaranmış qəzalar xidmət əməkdaşlarının köməkliyi ilə aradan qaldırılmışdır, qəsəbədəki məişət tullantıları saxlama yerlərinin (zibilxanaların), qəsəbədaxili yolların və Bakı-Astara magistral yolunun Puta qəsəbəsinin inzibati ərazisinə düşən hissənin kənarlarının təmizlənməsi daim Puta bəldiyyəsinin nəzarətində saxlanmış, bələdiyyə tərəfindən müqavilə əsasında işə götürülmüş 5 nəfər dalandar qeyd olunmuş işlərə cəlb olunmuşdur. Qəsəbədə mütamadi olaraq iməclik keçirilmiş, abadlıq işləri aparılmışdır.
    Qeyd olunan müddət ərzində Puta bələdiyyəsi tərəfindən qəsəbənin Yuxarı Puta küçəsinə 6, I məhəlləyə 6 maşın, II məhəlləyə 4 maşın, III məhəlləyə 5 maşın dəmiryolu ilə qəsəbə arasındakı yola 3 maşın plitə daşlarının qırıqları, qəsəbədaxili yollara 5 maşın çınqıl tökülərək yayılmışdır.
    Qəsəbənin Yuxarı Puta küçəsinə 164 (bir yüz altmış dörd) metr su xətti çəkilmiş, qəsəbənin Fioletov küçəsinə, Sovet küçəsinə, Yuxarı Puta küçəsinə və Fioletov döngəsinə çınqıl tökülərək təmir edilmişdir.Eyni zamanda müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrinə, imkansız qəsəbə sakinlərinə Qurban paylanmışdır. İl ərzində ağır ailə vəziyyəti olan qəsəbə sakinlərinə maddi yardımlar edilmişdir.Rəhmətə gedən imkansız qəsəbə sakinlərinin yas mərasimlərinin təşkilində Puta bələdiyyəsi maddi yardımlar döstərərək onların ailə üzvlərinə maddi və mənəvi kömək göstərmişdir.Qəsəbə ekoloji problemləri aradan qaldırmaq üçün qəsəbə ərazisində yaşıllıq işləridə aparılmışdır.
    Bakı-Astara avtomagistral yolunun və Lökbatan-Qızıldaş yolunun qəsəbə ərazisinə düşən hissəsinin kənarlarının təmiz saxlanması daimi olaraq Puta bələdiyyəsinin diqqət mərkəzində olmuşdur. Gənc və yeniyetmələrin asudə vaxtlarında futbol oynamaları üçün şəraitin yaradılması məqsədi ilə qəsəbə nümayəndəliyinin yaxından köməkliyi ilə qəsəbədəki meydançaya 20 maşın torpaq tökdürülərək yaydırılmışdır.
    Rayon İcra Hakimiyyəti Başçısının diqqətinin sayəsində Puta bələdiyəsi və qəsəbə nümayəndəliyi üçün ən müasir üslubla tikilmiş inzibati bina istifadəmizə verilmişdir.
    Qeyd etmək lazımdır ki, qəsəbədə sakinlərin istehlak etdikləri enerjidaşıyıcılarının sərfiyyat haqqlarının yığımı (ödənilməsi) keçən ilin müvafiq dövründə 88 % olmüşdursa cari ilin müvafiq dövründə qəsəbə bələdiyyəsinin işə yaxından köməkliyi nəticəsində bu rəqəmin 100% təşkil etmişdir.
    Puta bələdiyyəsi 20 Yanvar faciəsinin 18-ci ildönümü, Xocalı faciəsinin anım mərasimi 184 saylı orta məktəbdə məktəb kollektivlərinin, şagirdlərin və qəsəbə fəallarının iştirakı ilə qeyd edilmişdir. O cümlədən, qəsəbədə Novruz bayramı, 28 May Respublika Günü, 15 iyun Qurtuluş günü ilə əlaqədar Böyük Vətən Müharibəsi veteranı Məhərrəm Mehdiyevlə və qəsəbə ahılları ilə məktəblilərin, gənclərin dörüşü təşkil olunmuşdur. May ayının 10-da Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ilə əlaqədar Heydər liyev adına İdman və Konsert kompleksində təşkil olunmuş stendfotosərgidə, Dənizkəarı Milli Parkda təşkil olunmuş Gül bayramında iştirak etmişdir.
    Qaradağ rayonu Puta bələdiyyəsi bundan sonra da öz işini qəsəbədəki problemlərin həll olunması istiqamətində quracaq, qeyd olunan məsələlərin həllindən daha da yaxından iştirak edəcəkdir.
Bütün hüquqlar qorunur 2008. Puta Bələdiyyəsi | Sayt Lider Media studiyası tərəfindən hazırlanmışdır