az | ru | en
ANA SƏHİFƏ
HAQQINDA
STRUKTUR
QALEREYA
BƏLƏDİYYƏYƏ SÖZÜM
XƏBƏRLƏR
ƏLAQƏ
XƏBƏRLƏR
28.02.2009
2007/2008 - ci illərdə Qala qəsəbəsində görülmüş işlər haqqında...
ətraflı oxu
     Vaxtilə Qala istər ərazisinə, istərsə də əhalisinin sayına görə Abşeronun ən böyük yaşayış məntəqələrindən biri olmuşdur. Hal-hazırda Əzizbəyov rayonunun inzibati ərazi vahidlərindən biri olan Qala qəsəbəsinin ərazisi təqribən 5000 kv.km. Əhalisi 2780 nəfərdir. Qaçqın və köçkünlərlə birlikdə isə 6000 nəfər təşkil edir. Tarixi Qala yeddi hissədən ibarət olmuşdur. Qala kəndi özü, Şəburi-Şəhri Şapuru, (Kələdağ), Şüvəlan, Qara tut ağacı (Binəgörükən), Türkanyanı torpaqlar və Pirxəxir. Kəndin məşhur bağ yerləri də olub: Xəşxonə, (Xaki-Xanə), Qərəçə, Dərəçal, Əlcəki və Parağat. Əhali ənənəvi olaraq qoyunçuluqla (Abşeronda Qala qoyunları adla olub), qismən əkinçilik və kustar sənətkarlıqla məşğul olmuşdur. 2008-ci ildən etibarən bütün respublikada ilk və yeganə açıq səma altında etnoqrafiya muzeyi də məhz Qalada fəaliyyət göstərir. Qəsəbədə xeyli sayda tarixi memarlıq abidələri qeydə alınmışdır. Bunlardan: "Məhəmməd imarəti"-ni (1624-1625-ci illər), Nadir qalasını (XVIII əsr), Süleyman, Əliqulu Əlyar, Hacıbaba, Çəmbərəkənd, Tərəkəmələr məscidini ( XVIII-XIX əsrlər), ovdanları (XIII-XIX əsrlər) və.s. qeyd etmək olar. Son illər dövlət qayğısı nəticəsində Qalada bir sıra sosial-mədəni obyektlər açılsmışdır.
Bütün hüquqlar qorunur 2009. Qala Bələdiyyəsi | Sayt  Lider Media  studiyası tərəfindən hazırlanmışdır