|
SON XƏBƏRLƏR |
|
07.08.2008 |
|
Yeni qəbirstanlıq hasarlanıb H/Hissənin hasarı çəkilib
Qobu qəsəbəsində 8 avt...
|
ətraflı oxu |
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - |
|
07.08.2008 |
|
Yeni qəbirstanlıq hasarlanıb H/Hissənin hasarı çəkilib
Qobu qəsəbəsində 8 avt...
|
ətraflı oxu |
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - |
|
07.08.2008 |
|
Yeni qəbirstanlıq hasarlanıb H/Hissənin hasarı çəkilib
Qobu qəsəbəsində 8 avt...
|
ətraflı oxu |
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - |
|
07.08.2008 |
|
Yeni qəbirstanlıq hasarlanıb H/Hissənin hasarı çəkilib
Qobu qəsəbəsində 8 avt...
|
ətraflı oxu |
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - |
|
|
|
|
Haqqında |
|
Qobu Abşeronun qədim və özünəməxsus təbiəti olan kəndlərindəndir.
Tanınmış alim Sara Aşurbəylinin tətqiqatlarında bildirilir ki, Qobu qəsəbəsi 700 il əvvəl yaranmışdır. Bu yaşayış məskəninin adı “çökəklik” mənasında işlənir. Digər bir mülahizəyə görə isə quru, müvəqqəti su axari olan dərə, düzən mənalarında işlənilir. Qobu qəsəbəsi hər tərəfdən daglarla əhatə olunmuşdur. Kənddə tarixi memarlıq abidəsi var. Qobuluları Abşeronun başqa kəndlərinin əhalisindən fərqləndirən və onlara birləşdirən bir sıra xüsiyyətlər vardır. Belə ki, digər kəndlərin əhalisi kimi qobulular da əsasən əkinçilik və maldarlıqla məşğul olurlar. Bu da onların tərəkəmə kökənli olduqlarını göstərir. Abşeronun başqa kəndlərinin əhalisi ilə fərqli xüsusiyyətləri isə danışıq ləhcələrindəki fərqdir ki, həmin ləhcə də yalnız qobululara aiddir.
Abşeronun bütün qədim yaşayış məskənlərində olduğu kimi Qobuda da bütün milli adət-ənənələr qorunub saxlanılır və onların olduğu kimi saxlanılması qobulular uçun xüsusi əhəmiyyət kəsb edir. Milli geyimlər, toy və yas mərasimlərində ənənələrin saxlanılması, gündəlik məişətdə mental xüsusiyyətlərin qorunması qobulular üçün xarakterikdir. Əhali əsasən milli yeməklərə - bozbaşa, düşbərəyə, qutaba, buğlamaya, saciçinə, eyni zamanda ağartıdan hazırlanmış xörəklərə üstünlük verir. Bu kənddən bir çox üləmalar, əsasən dərvişlər çıxmışlar. Qobu eyni zamanda Məcid Məcruhun vətənidir. Qəsəbədən həmçinin nəinki Abşeronda, respublika səviyyəsində və hətta onun hüdudlarından uzaqlarda da tanınan ruhanilər, ziyalılar, alimlər yetişmişdir. Şeyx Əbdülhüseyn, Şeyx Əliməmməd, Şeyx Məmmədkərim, Molla Murad, Molla İmanqulu, Mirzə Abdulla, Mirzə Hacı, Mirzə Cəbrayıl, Mirzə Mirzəbala, Yusif Bayramov, xalq rəssamı Qəzənfər Xalıqov kimi insanlar Qobuda doğulub boya-başa çatmışlar.
Qarabağ torpağı uğrunda savaşda qəsəbədən 170 nəfər iştirak etmiş, 7 nəfər şəhid olmuş, 6 nəfər isə müharibə əlilidir.
Qəsəbədə Abşeron nemətlərindən əsasən əncir yetişdirilir.
XIX əsrdə tikilmiş hamam tarixi abidə kimi qorunur. Tarixi abidə kimi qorunan sofu Həmid piri, Qırxqızlar piri, Nişangah qala da maraq doğurur.
Hazırda qəsəbə əhalisi əsasən neft sənayesində çalışır, heyvandarlıqla məşqul olur.
|
|
|
|