Duvannı stansiyası 1893-94-cü illərdə yaranıb. 1901-05-ci illərdə ilk dəfə Duvannı stansiyasından xaricə neft yollanıb. 1935-37-ci illərdə ilk dəfə Duvannıda ilk kəşfiyyat neft buruğu işə salınıb.
1945-49-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olub.
1950-54-cü illərdə Duvannı rayonu yaranıb (tərkibində: Sənqəçal, Çeyildağ, Ələt, Atbulaq qəsəbələri olmaqla).
1956-cı ildən yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə keçib.
Qəsəbə 1951-ci ildə şəhər tipli qəsəbə kimi təşkil olunub. 1972-ci ildə Duvannının adı dəyişib Qobustan qoyulub. Indiki Qobustan qəsəbəsinin ərazisi qədim insanların məskunlaşdığı yerlər olub. Hal-hazırda Qobustan Dövlət Qoruğunda qorunan qaya təsvirləri buna əyani sübutdur. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qaya təsvirləri bizim eramızdan əvvəl II minilliyə - “Daş dövrü”nə təsadüf edir.
- Ərazisi – 81 km2
- Əhalisi – 13319 nəfər
- Sənaye müəssisələri – 5
- Təhsil ocaqları – (məktəb-2)
- Uşaq bağçaları-3
- Səhiyyə ocaqları –(xəsətəxana-2)
- Mədəniyyət evi -1
- Kitabxana-1
- Məscid-3
- Pir və ziyarətgahlar-1 (“Qaraatlı Baba” piri)
- Tarixi abidələr-1 (Qobustan Dövlət Tarixi Bədii qoruğu)
|
|