> > > > >
az | rus | eng
> 01.02.2008
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
> 01.02.2008
 
    Saray qəsəbəsinin tarixi IX əsrlərə aiddir. Belə ki, Saray sözü «Karvan Sara» sözündən yaranmışdır. Hələ bizim eradan əvvəl Qədim İpək Yolunun keçdiyi yollardan biri qəsəbəsinin cənub tərəfində köhnə Saray kəndi adlanan ərazidən keçirmiş. Burada Karvan dayanıb istirahət etdikdən sonra yoluna davam edərmiş. Sonrakı iqtisadi inkişafla əlaqədar karvanın başqa nəqliyyat növü ilə əvəz edilməsi ilə karvan gedi-gəlişi kəsilmişdir. Bunun nəticəsində karvan sözü ixtisara düşmüş, Sara sözünə isə «y» səsi artırılaraq Saray adını almışdır.
    1955-1956-cı illərdə Sovet quruluşunun bəzi qüsurlu qanunları nəticəsində Çaylı adlanan kənd sakinləri öz yerlərindən köçürülərək indiki yeni Saray massivində birgə məskunlaşdırılmışlar.
  Görkəmli şəxsiyyətlərdən – dövlət xadimi, akademik Vəli Axundov, Kamal Axundov kimi ziyalılar, M.Ələkbərov kimi Sovet İttifaqı Qəhrəmanı Saray qəsəbəsində anadan olmuş, dövlətə və xalqına şərəflə xidmət etmişlər.
    Saray qəsəbsində hal-hazırda 3 orta (1, 2, 3 saylı) məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, 1 əlillər və əqli cəhətdən zəiflər üçün internat məktəbi, Qəsəbə İcra Nümayəndəliyi, Bələdiyyə, musiqi məktəbi, müasir tələblərə cavab verən Poçt binası, ATS qovşağı, kitabxana, 3 şadlıq evi, 137 ədəd kiçik sahibkarlıqla məşğul olmaq üçün ticarət obyektləri, 2 ədəd mebel mağazası, 1 bazar, 4 yeməkxana, iaşə xidmət obyektləri, 3 ədəd aptek, Şəhidlər kompleksi, görkəmli akademik Vəli Axundovun barolyefi qoyulmuş park, 4 ədəd dini mərasimləri qeyd etmək üçün məscid, 107 adda küçə, 3600 nömrələnmiş ev (eyni zamanda yaşayış massivləri salınmışdır ki, hələlik həmin ərazilərə küçə adları verilməmişdir) vardır. Qəsəbənin köhnə Saray adlanan hissəsində Cami məscidi, hamam (suyun altında qalıb) türbələr olmuşdur. Məscid hal-hazırda istifadədədir.
    Saray qəsəbə əhalisinin məşğuliyyəti əsasən kənd təsərrüfatı məhsulları istehsalıdır. Qeydiyyatda olan əhalinin sayı 14000-ə yaxındır.
    Möhtərəm Prezidentimizin regionların sosial-iqtisadi inkişaf dövlət proqramları ilə əlaqədar Saray qəsəbəsi günü-gündən hərtərəfli inkişaf edərək böyüməkdədir.
Saray qəsəbə ərazisinin torpaq sahələri üzrə EKSPLİKASİYA   oxu»»
Saray bələdiyyəsinin 2000-ci il üçün maliyyə vəsaiti haqqında arayış.    ətraflı oxu»»
Saray bələdiyyəsinin 2001-ci il üçün maliyyə vəsaiti haqqında arayış.    ətraflı oxu»»
Saray bələdiyyəsinin 2002-ci il üçün maliyyə vəsaiti haqqında arayış    ətraflı oxu»»
Saray bələdiyyəsinin 2003-ci il üçün maliyyə vəsaiti haqqında arayış.    ətraflı oxu»»
Saray bələdiyyəsinin 2004-ci il üçün maliyyə vəsaiti haqqında arayış    ətraflı oxu»»
Saray bələdiyyəsinin 2006-ci il üçün maliyyə vəsaiti haqqında arayış    ətraflı oxu»»
Saray bələdiyyəsinin 2007-ci il üçün maliyyə vəsaiti haqqında arayış    ətraflı oxu»»
                   
 
     Copyright © 2008 Saray bələdiyyəsi
created by Lider Web studio