|
|
|
Sədr: Mən Pirəliyev Ənvər
Şirəli oğlu 1948-ci il tarixdə Ermənistan Respublikası
Qafan rayonunun Çaykənd kəndində ziyalı ailəsində
anadan olmuşam. Atam Pirəliyev Şirəli
Pirqayıb oğlu və anam Pirəliyeva Nənəqız
İskəndər qızı hər ikisi ali təhsilli
olublar. Mən 1955-1966-cı illərdə
Kığı kənd orta məktəbini müvəffəqiyyətlə
bitirmişəm. 1966-cı ildə ali təhsil almaq üçün
Bakı şəhərinə gəlmişəm. İki
il ali məktəbə daxil ola bilməmişəm. Sənədlərimi
Sumqayıt 5 saylı Texniki Peşə məktəbinə
vermişəm, orada 1 il təhsil aldıqdan sonra Sumqayıt
Superfosfat zavodunda nəzarət ölçü cihazlarının
idarə edilməsinə dair çilingər işləmişəm.
1967-1968-ci illərdə Sovet ordusu sıralarında
hərbi xidmətdə olmuşam. 1969-cu
il avqust ayında indiki Nəsrəddin Tusi adına Azərbaycan
Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinə
daxil olmuş, 1973-cü ildə tam ali təhsilimi başa
çatdırmışam. 1973-cü ildən 2000-ci il tarixə
kimi Saray qəsəbə orta məktəbində müəllim
işləmişəm. 1999-cu il dekabr ayının 12-də
keçirilən ilk bələdiyyə seçkilərində
bələdiyyə üzvü seçilmiş, 2000-ci il yanvarın
22-də yekdilliklə Saray bələdiyyəsinin sədri
vəzifəsinə təyin olunmuşam. 2004-cü il təkrar
bələdiyyə seçkilərində ikinci dəfə
bələdiyyə üzvü və bələdiyyə
sədri seçilməklə, hal-hazırda Saray bələdiyyəsinin
sədri vəzifəsində işləyirəm. Ailəliyəm,
YAP-ın üzvüyəm, 3 övladım var, hər üçü
ali təhsillidir. Həyat yoldaşım – Pirəliyeva Dilsurə
Zülfü qızı ali təhsilli dil-ədəbiyyat
müəlliməsidir, YAP-ın üzvüdür, Saray
2 saylı orta məktəbində ixtisası üzrə
müəllim işləyir. Oğlum –
Pirəliyev Bəxtiyar Ənvər oğlu 1977-ci ildə
anadan olub, ali təhsilli memardır. Hal-hazırda işləmir.
Subaydır. Oğlum – Pirəliyev Anar Ənvər
oğlu 1978-ci ildə anadan olub, ali təhsillidir. İxtisası
gömrük işinin təşkili və idarə edilməsidir.
İşləmir, subaydır. Qızım
– Pirəliyeva Nənəqız Ənvər qızı
1982-ci ildə anadan olub, ali təhsillidir. İxtisasca ibtidai
metodika və dil-ədəbiyyat müəlliməsidir. Ailəlidir,
2 övladı var. Həyat yoldaşı Quliyev Vəzir
Ələmdar oğlu musiqiçidir, ixtisası üzrə
işləyir. Ailə üzvlərimdən
və qohumlarımdan məhkum olunmuş olmayıb və
yoxdur. |
|
Saray Bələdiyyəsinin üzvləri. |
|
Quliyev Rəfail Mikayıl oğlu - 1955-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuşdur. 1 saylı orta məktəbdə texniki işçidir.
Quliyev Məmmədağa Qəzənfər oğlu - 13.03.1951-ci ildə Abşeronrayonu Saray qəsəbəsində anadan olmuşdur.
Zilfiyev Qabil Qədulla oğlu - 25.06.1967 – ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bakı ş. Göz xəst.
Kafedra Tib.Un. Oftolmoloq işləyir.
Xanlarov Sədayət Eynulla oğlu - 25.06.1961-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan
olmuşdur. Ali təhsilli mühəndisdir. İşləmir.
Əskərov Nurağa Bahadur oğlu - 04.02.1960 – cı ildə Abşeron rayon Saray qəsəbəsində anadan olmuşdur. Əmtəəşünasdır.
Cabbarov Tofiq Daxil oğlu - 14.03.1971 – ci ildə Yardımlı rayonu H/Şıxlar kəndində anadan olmuşdur. Ali təhsillidir.
Əhmədov Elçin Hacıbaba oğlu - 31.07.1965 – ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Ali təhsillidir.
Quliyev Rasim Cəbrayıl oğlu - 05.06.1969 – cu ildə Abşeron rayon Saray qəsəbəsində anadan olmuşdur. Orta təhsillidir.
Quliyev Səyavuş Əbülfəz oğlu - 07.07.1971 – ci ildə Abşeron rayon Saray qəsəbəsində anadan olmuşdur. Orta təhsillidir.
Əhədov Ağasalah Müzəffər oğlu - 11.06.1961 – ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsillidir.
Əliyev Musa İsmayıl oğlu - 1947 – ci ildə Ermənistan Respublikasının Krasnoselski rayonunda anadan olmuşdur. Abşeron rayon Saray qəsəbəsində Su idarəsində işləyir. Orta təhsillidir.
|
|
Saray Bələdiyyəsinin işçiləri. |
|
1. Allahyarov Əlirahim Aydınəli oğlu - sədr müavini.
10.04.1960-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 2000-ci ildən Saray bələdiyyəsində işləyir.
2. Dadaşova Lalə Təlhəd qızı - baş mühasib.
15.11.1962 – ci ildə Abşeron rayon Saray qəsəbəsində anadan olmuşdur.2001 – ci ildən Saray bələdiyyəsində işləyir.
3. Həsəni Aydın Yadulla oğlu - hüquqşünas.
26.03.1956 – cı ildə Şəmkir rayonunda anadan olmuşdur. 208 – ci ildən Saray bələdiyyəsində işləyir.
4. Namazova Minayə Qara qızı - kadr üzrə mütəxəssis - kargüzar.
18.05.1962 – ildə Ermənistan Respublikasının Noyemberyan rayonundaanadan olmuşdur. 2005 – ci ildən Saray bələdiyyəsində işləyir.
5. Hüseynova Zemfira Kərim qızı - xəzinədar.
07.08.1953 – cü ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. 2001 – ci ildən Saray bələdiyyəsində işləyir.
6. Mürsəlova Şəfa Məhərrəm qızı - kompüterşi – operator.
29.01.1981 – ci ildə Ermənistan Respublikası Krasnoselski rayonunda anadan olmuşdur. 2008 – ci ildən Saray bələdiyyəsində işləyir.
7. Musayeva Firuzə Fərrux qızı - katibə.
04.07.1973 – cü ildə Bakı şəhərində anadan olmuşdur. 2008 – ci ildən Saray bələdiyyəsində işləyir.
8. Tağıyeva Güları Miri qızı - xadimə.
24.07.1964 – cü ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 2002 – ci ildən Saray bələdiyyəsində işləyir.
9. Əbdülməmmədov Əlinazir Aydınəli oğlu - sürücü.
12.02.1960 – cı ildə Abşeron ratonu Pirəkəşkül kəndində anadan olmuşdur. 207 – ci ildən Saray bələdiyyəsində işləyir.
10. Namazov İdris Dadaş oğlu - gözətçi.
01.10.1937 – ci ildə Qubadlı rayonu Göyyal kəndində anadan olmuşdur. 2006 – cı ildən Saray bələdiyyəsində işləyir.
11. İsmayılov Falid Atabala oğlu - gözətçi.
20.03.1963 – cü ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuşdur. 2007 – ci ildən Saray bələdiyyəsində işləyir.
12. Əhmədov Rəşad Ərşad oğlu - gqzətçi.
28.01.1968 – ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. 2008 – ci ildən Saray bələdiyyəsində işləyir.
13. Məmmədov Qənbər Qasım oğlu - müfəttiş.
29.11.1953 – cü ildə Ermənistan Respublikasının Krasnoselski rayonunda anadan olmuşdur. 2006-cı ildən Saray bələdiyyəsində işləyir.
14. Həsənov Məhi Vahid oğlu - müfəttiş.
22.05.1987 – ci ildə Laçın rayonunun Leninkənd kəndində anadan olmuşdur. 2008 – ci ildən Saray bələdiyyəsində müqavilə yolu ilə işləyir.
|
|
|
|
|
|
|
|
|