> > > > >
az | rus | eng
> 01.02.2008
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
> 01.02.2008
 
Sədr:   Mən Pirəliyev Ənvər Şirəli oğlu 1948-ci il tarixdə Ermənistan Respublikası Qafan rayonunun Çaykənd kəndində ziyalı ailəsində anadan olmuşam.
   Atam Pirəliyev Şirəli Pirqayıb oğlu və anam Pirəliyeva Nənəqız İskəndər qızı hər ikisi ali təhsilli olublar.
   Mən 1955-1966-cı illərdə Kığı kənd orta məktəbini müvəffəqiyyətlə bitirmişəm. 1966-cı ildə ali təhsil almaq üçün Bakı şəhərinə gəlmişəm. İki il ali məktəbə daxil ola bilməmişəm. Sənədlərimi Sumqayıt 5 saylı Texniki Peşə məktəbinə vermişəm, orada 1 il təhsil aldıqdan sonra Sumqayıt Superfosfat zavodunda nəzarət ölçü cihazlarının idarə edilməsinə dair çilingər işləmişəm.
   1967-1968-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşam.
   1969-cu il avqust ayında indiki Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinə daxil olmuş, 1973-cü ildə tam ali təhsilimi başa çatdırmışam. 1973-cü ildən 2000-ci il tarixə kimi Saray qəsəbə orta məktəbində müəllim işləmişəm. 1999-cu il dekabr ayının 12-də keçirilən ilk bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş, 2000-ci il yanvarın 22-də yekdilliklə Saray bələdiyyəsinin sədri vəzifəsinə təyin olunmuşam. 2004-cü il təkrar bələdiyyə seçkilərində ikinci dəfə bələdiyyə üzvü və bələdiyyə sədri seçilməklə, hal-hazırda Saray bələdiyyəsinin sədri vəzifəsində işləyirəm.
   Ailəliyəm, YAP-ın üzvüyəm, 3 övladım var, hər üçü ali təhsillidir. Həyat yoldaşım – Pirəliyeva Dilsurə Zülfü qızı ali təhsilli dil-ədəbiyyat müəlliməsidir, YAP-ın üzvüdür, Saray 2 saylı orta məktəbində ixtisası üzrə müəllim işləyir.
   Oğlum – Pirəliyev Bəxtiyar Ənvər oğlu 1977-ci ildə anadan olub, ali təhsilli memardır. Hal-hazırda işləmir. Subaydır.
   Oğlum – Pirəliyev Anar Ənvər oğlu 1978-ci ildə anadan olub, ali təhsillidir. İxtisası gömrük işinin təşkili və idarə edilməsidir. İşləmir, subaydır.
   Qızım – Pirəliyeva Nənəqız Ənvər qızı 1982-ci ildə anadan olub, ali təhsillidir. İxtisasca ibtidai metodika və dil-ədəbiyyat müəlliməsidir. Ailəlidir, 2 övladı var. Həyat yoldaşı Quliyev Vəzir Ələmdar oğlu musiqiçidir, ixtisası üzrə işləyir.
   Ailə üzvlərimdən və qohumlarımdan məhkum olunmuş olmayıb və yoxdur.
Saray Bələdiyyəsinin üzvləri.
   Quliyev Rəfail Mikayıl oğlu - 1955-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuşdur. 1 saylı orta məktəbdə texniki işçidir.

   Quliyev Məmmədağa Qəzənfər oğlu - 13.03.1951-ci ildə Abşeronrayonu Saray qəsəbəsində anadan olmuşdur.

   Zilfiyev Qabil Qədulla oğlu - 25.06.1967 – ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bakı ş. Göz xəst. Kafedra Tib.Un. Oftolmoloq işləyir.

   Xanlarov Sədayət Eynulla oğlu - 25.06.1961-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ali təhsilli mühəndisdir. İşləmir.

   Əskərov Nurağa Bahadur oğlu - 04.02.1960 – cı ildə Abşeron rayon Saray qəsəbəsində anadan olmuşdur. Əmtəəşünasdır.

   Cabbarov Tofiq Daxil oğlu - 14.03.1971 – ci ildə Yardımlı rayonu H/Şıxlar kəndində anadan olmuşdur. Ali təhsillidir.

   Əhmədov Elçin Hacıbaba oğlu - 31.07.1965 – ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Ali təhsillidir.

   Quliyev Rasim Cəbrayıl oğlu - 05.06.1969 – cu ildə Abşeron rayon Saray qəsəbəsində anadan olmuşdur. Orta təhsillidir.

   Quliyev Səyavuş Əbülfəz oğlu - 07.07.1971 – ci ildə Abşeron rayon Saray qəsəbəsində anadan olmuşdur. Orta təhsillidir.

   Əhədov Ağasalah Müzəffər oğlu - 11.06.1961 – ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsillidir.

   Əliyev Musa İsmayıl oğlu - 1947 – ci ildə Ermənistan Respublikasının Krasnoselski rayonunda anadan olmuşdur. Abşeron rayon Saray qəsəbəsində Su idarəsində işləyir. Orta təhsillidir.
Saray Bələdiyyəsinin işçiləri.
   1. Allahyarov Əlirahim Aydınəli oğlu - sədr müavini.
10.04.1960-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 2000-ci ildən Saray bələdiyyəsində işləyir.

   2. Dadaşova Lalə Təlhəd qızı - baş mühasib.
15.11.1962 – ci ildə Abşeron rayon Saray qəsəbəsində anadan olmuşdur.2001 – ci ildən Saray bələdiyyəsində işləyir.

   3. Həsəni Aydın Yadulla oğlu - hüquqşünas.
26.03.1956 – cı ildə Şəmkir rayonunda anadan olmuşdur. 208 – ci ildən Saray bələdiyyəsində işləyir.

   4. Namazova Minayə Qara qızı - kadr üzrə mütəxəssis - kargüzar.
18.05.1962 – ildə Ermənistan Respublikasının Noyemberyan rayonundaanadan olmuşdur. 2005 – ci ildən Saray bələdiyyəsində işləyir.

   5. Hüseynova Zemfira Kərim qızı - xəzinədar.
07.08.1953 – cü ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. 2001 – ci ildən Saray bələdiyyəsində işləyir.

   6. Mürsəlova Şəfa Məhərrəm qızı - kompüterşi – operator.
29.01.1981 – ci ildə Ermənistan Respublikası Krasnoselski rayonunda anadan olmuşdur. 2008 – ci ildən Saray bələdiyyəsində işləyir.

   7. Musayeva Firuzə Fərrux qızı - katibə.
04.07.1973 – cü ildə Bakı şəhərində anadan olmuşdur. 2008 – ci ildən Saray bələdiyyəsində işləyir.

   8. Tağıyeva Güları Miri qızı - xadimə.
24.07.1964 – cü ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 2002 – ci ildən Saray bələdiyyəsində işləyir.

   9. Əbdülməmmədov Əlinazir Aydınəli oğlu - sürücü.
12.02.1960 – cı ildə Abşeron ratonu Pirəkəşkül kəndində anadan olmuşdur. 207 – ci ildən Saray bələdiyyəsində işləyir.

   10. Namazov İdris Dadaş oğlu - gözətçi.
01.10.1937 – ci ildə Qubadlı rayonu Göyyal kəndində anadan olmuşdur. 2006 – cı ildən Saray bələdiyyəsində işləyir.

   11. İsmayılov Falid Atabala oğlu - gözətçi.
20.03.1963 – cü ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuşdur. 2007 – ci ildən Saray bələdiyyəsində işləyir.

   12. Əhmədov Rəşad Ərşad oğlu - gqzətçi.
28.01.1968 – ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. 2008 – ci ildən Saray bələdiyyəsində işləyir.

   13. Məmmədov Qənbər Qasım oğlu - müfəttiş.
29.11.1953 – cü ildə Ermənistan Respublikasının Krasnoselski rayonunda anadan olmuşdur. 2006-cı ildən Saray bələdiyyəsində işləyir.

   14. Həsənov Məhi Vahid oğlu - müfəttiş.
22.05.1987 – ci ildə Laçın rayonunun Leninkənd kəndində anadan olmuşdur. 2008 – ci ildən Saray bələdiyyəsində müqavilə yolu ilə işləyir.

                   
 
     Copyright © 2008 Saray bələdiyyəsi
created by Lider Web studio