Dövlət onun ərazisində yaşayan    əhalinin təminatçısı olmalıdır   
Heydər Əliyev    
Bələdiyyəyə sözüm var
AZ RU EN
Sabail Belediye
     Quliyev Mahir Hacı oğlu,
     Səbail bələdiyyəsinin sədr müavini

Quliyev Mahir Hacı oğlu 1959-ci ildə Kəlbəcər rayonunda anadan olub.
1979-1980-ci illərdə Bakı şəhərində Azərnəqliyyat tikinti trestinin nəqliyyat müəssəsində çalışıb.
1981-ci ildən hal-hazıra qədər təsərrüfat hesabı “Sahil” restoranında müxtəlif vəzifələrdə çalışaraq direktor müavini vəzifəsinə qədər yüksəlmişdir.
1996-ci ildə Bakı şəhəri Naxçıvan Universitetinin İqtisadiyyatın Hüquq tənzimlənməsi fakultəsinə daxil olmuşdur. 2000-ci ildə həmin institutu bitirib “ İnzibati İdarəetmə ixtisası”na yiyələnmişdir.
2000-ci il parlament və 2003-cü il prezident seçkilərində Səbail rayonu 18 saylı seçki məntəqəsində komissiyanın sədri olmuşdur. Seçkilərin demokratik keçməsində fəal iştirak etmişdir.
2004-cü ildə Səbail rayon Bələdiyyəsi üzrə namizədliyini verib, həmin ilin Dekabrın 17-də seçkilərdə qalib gələrək, Səbail rayon Bələdiyyəsinə üzv seçilib. Sonradan Səbail rayon Bələdiyyəsi üzvlərinin təklifi ilə sədr müavini seçilib.
 
Sebail Belediyyesi © 2008 Created by Lider Web studio