Dövlət onun ərazisində yaşayan    əhalinin təminatçısı olmalıdır   
Heydər Əliyev    
Bələdiyyəyə sözüm var
AZ RU EN
Sabail Belediye
     Şahin Məsim oğlu Verdiyev,
     Səbail bələdiyyəsinin Mədəniyyət, Gənclər, İdman və Turizm daimi      komissiyasının sədridir.

13.05.1958-ci ildə Gəncədə anadan olub.
Təhsili alidir. 1979-cu ildə Q. Hüseynli adına orta-ixtisas texnikumunu, 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını, 2000-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nəzdində Medotoloji mərkəzin qısa müddətli kursunu, 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetməsi” fakultəsini bitirmişdir.. 1984-1995-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio verlişləri
şirkətində işləmiş.
1995-ci ildən bu günə kimi Bakı şəhər Mədəniyyət İdarəsi “Vahid poeziya evi” və “Vahid bağı”nın direktorudur.
1992-1997-ci illərdə mədəniyyətimizin və incəsənətimizin təbliği ilə məşğul olan “Oğuz” KM-nin və eyni adlı “İncəsənət sərgi satış salonu “nun direktoru olmuşdur.
1999-2004 və 2004-2009-cü illər üçün (iki dəfə) “Səbail” bələdiyyəsinə üzv seçilmiş, Bələdiyyənin sədr müavini olmuş, hazırda “Səbail” bələdiyyəsinin Mədəniyyət, Gənclər, İdman və Turizm daimi komissiyasının sədridir.
1995-ci ildən bu günə qədər Bakı şəhər Mədəniyyət İdarəsi “Vahid Poeziya evi” və “Vahid bağı”nın direktoru kimi Bakı şəhərində Azərbaycan mədəniyyətini, incəsənətini layiqincə təbliğ edir, Mədəniyyət nazirliyinin, Şəhər Mədəniyyət İdarəsinin, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin bütün tapşırıqlarına vaxtlı-vaxtında əməl edir, poeziya, xalq musiqisi və incəsənətimizin inkişafında xidmətlər göstərir.
1992-ci ildən bu günə qədər tez-tez cəbhə bölgələrinə, hərbi hissələrə gedir, konsert proqramları ilə çıxış edir.Haqqında radio-oçerk hazırlanmış və mətbuatda yazılar dərc olunur. Bir çox fəxri fərman və diplomlara layiq görülmüşdür.
1998-ci il Prezident seçkilərində Respublikanın Qərb bölgəsinin 11 rayonunda H.Ə. Əliyevin vəkili olmuş, təbliğat işləri aparmışdır. YAP-ın üzvüdür.
 
Sebail Belediyyesi © 2008 Created by Lider Web studio