az | rus | eng
İLK SƏHİFƏ
RAYON HAQQINDA
HAQQINDA
QALEREYA
ÜZVLƏR
SƏDR
QANUNVERİCİLİK
ARXİV
ƏLAQƏ
XƏRİTƏ



ətraflı oxu

Abşeron yarımadasının şimal-qərbində yerləşən Abşeron rayonunun Xırdalan şəhəri 1700 hektar sahəni əhatə edir. Ərazisində məskunlaşan əhalinin faktiki sayı 250 minə çatan Xırdalan hazırda Azərbaycanın dördüncü böyük şəhəridir. Müstəqilliyimizi bərpa etdiyimiz ötən 30 ildə ölkəmizdə urbanizasiyanın ən kəskin müşahidə edildiyi şəhər Xırdalandır. 2019-cu il 23 dekabr seçkilərində formalaşan beşinci çağırış Xırdalan bələdiyyəsinin üzvləri, həmçinin, bələdiyyə qulluqçuları qarşıda dayanan vəzifələrin effektiv icrası üçün 2021-ci ildə də uğurla fəaliyyət göstəriblər. Müvafiq təhlillərin aparılaraq nöqsanların müəyyənləşdirilməsi, onların aradan qaldırılması mexanizmlərinin seçilməsi, mövcud boşluqların doldurulması, qanunvericiliyin verdiyi imkanlardan səmərəli istifadə edərək fəaliyyətin gücləndirilməsi və digər məsələlər ilə bağlı qarşıya yeni hədəflər qoyulub. Xırdalan bələdiyyəsi ötən 2021-ci il ərzində bir sıra sahələrdə irəliləyişlər əldə edib. 2021-ci ildə Xırdalan bələdiyyəsinin büdcəsi 501352,42 manat təşkil edib. Ötən il torpaq vergisindən 165990, 61 manat, icarə haqqlarından 25650,02 manat, qəbirstanlıqdan 6800 manat, əmlak vergisindən 228961,77 manat, dayanacaqlardan 1373 manat, torpaq satışından 3698 manat, stosionar və səyyar ticarətdən 3755 manat, beynəlxalq qrant layihəsindən 42313,30 manat və s. vəsait əldə olunub. Torpaq və əmlak vergisindən 2021-ci ildə əldə olunan gəlir. Ötən il Xırdalan bələdiyyəsində vergi ödəyiciləri ilə işin səmərəliliyinin artırılması istiqamətində görülən kompleks işlər, o cümlədən də ərazidə inventarzasiyanın aparılması nəticəsində torpaq vergisi, əmlak vergisi və icarə haqqlarının yığılmasında önəmli ölçüdə müsbət dəyişiklik baş verib. 2021-ci ildə Xırdalan bələdiyyəsinin gəlirlərində 2020-ci illə müqayisədə 164000 manata yaxın artım olub ki, bu da mühüm göstərici sayıla bilər. Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər 2021-ci ildə də qanunvericiliyə uyğun şəkildə bir çox istiqamətlər üzrə xərclənib. O cümlədən, daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqı 218469,67 manat, Heydər Əliyev parkının mühafizə xidməti 18000 manat, audit xidmət haqqı 2400 manat, DSMF-yə 53.504 manat, tibbi sığortaya 3331,18 manat, Silahlı Qüvvələrə Yardım Fonduna 2317 manat, bank və poct xidmət haqqı 5427 manat, Şəhər Bələdiyyələri Milli Assossasiyasına üzvlük haqqı 4300 manat, dəftərxana ləvazimatı, mektublara marka sifarişi 1543 manat, mavi yanacaq 1600 manat, Kadastr yerquruluşu tədqiqat mərkəzi 554 manat, Layihə planlaşdırma mərkəzi 300 manat, “Azərmətbuatyayım” ASC-yə abunə haqqı 1197 manat, “Azərsu” abunə haqqı 290 manat, inventar alınması üçün 3319 manat, Xırdalan bələdiyyəsinin xidməti istifadəsində olan binanın elektrik enerjisinə görə ödənişi 914 manat və s. olub. Xırdalan bələdiyyəsi 2021-ci ildə sosial cəhətdən dəstəyə ehtiyacı olan ailələrə 4177 manat məbləğində yardım edib. Əhalinin mənəvi və sosial cəhətdən həssas təbəqəsinə, o cümlədən də şəhid ailələrinə Novruz və Qurban bayramlarında 7811,04 manatlıq yardım edilib. 2021-ci ildə Xırdalan bələdiyyəsinin keçmiş borclarının ödənilməsi prosesi davam etdirilib. Ötən 2 ildə ümumilikdə 95.253 manat (əmək haqqı 66582 manat, DSMF 8471 manat, Azərişıq 708 manat, Heydər Əliyev parkının mühafizə xidməti 4662 manat, Azərmətbuatyayım” ASC-yə abunə haqqı 322 manat, Silahlı Qüvvələrə Yardım Fonduna 947 və s.) borc ödənilib. Xırdalan bələdiyyəsinin 2021-ci ildə əldə etdiyi mühüm uğurlardan biri də Avropa İttifaqının “EU4Culture” proqramı əsasında qurumun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması mövzusunda qrant müsabiqəsinin qalibi olmasıdır. Məlumat üçün bildirək ki, Şərq Tərəfdaşlığına aid olan 5 ölkənin 70 şəhərinin qatıldığı qrant müsabiqəsinin ölkəmiz üzrə 3 qalib şəhərindən biri də Xırdalan seçilib. Xırdalan şəhərinin tarixində, həmçinin, Azərbaycanın 1606 yerli özünüidarə qurumu arasında ilk dəfə olaraq Xırdalan bələdiyyəsi Avropa İttifaqının “EU4Culture” müsabiqəsinin qalibi olub. “EU4Culture” layihəsinin əsas məqsədi mədəni irs nümunələri sayılan kitabxana, muzey və digər mədəniyyət ocaqlarının fəaliyyətində Avropa modellərinin tətbiq edilməsi, şəhərlərin mədəniyyət potensialının realizə olunmasına yardım olunması, həmçinin, regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verilməsidir. Ekspertlər rəqabətə davamlı, ciddi seçim meyarlarına cavab verəcək səviyyədə layihənin hazırlanması üçün müvafiq işin effektiv təşkili və müsabiqənin iki mərhələsinin müvəfəqiyyətlə başa vurulmasını yalnız Xırdalan bələdiyyəsinin deyil, bütövlükdə Azərbaycan yerli özünüidarə qurumlarının tarixində böyük uğur və proqress hesab edirlər. Ölkəmizdə ilk dəfə olaraq Xırdalan bələdiyyəsinin bu beynəlxalq müsabiqədə qalib gəlməsi Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizin artan beynəlxalq nüfuzunun, yerli özünüidarəetmə qurumunun effektiv beynəlxalq əməkdaşlıq əlaqəsi qurmasının, bələdiyyənin yerli və beynəlxalq səviyyədə fəaliyyət imkanlarının yüksəldilməsi sahəsində ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Layihənin icrası 6 aylıq zaman müddətini əhatə edəcək. Ötən iki ay ərzində layihənin icrasının hazırlıq mərhələsi uğurla başa vurulub. Xırdalan bələdiyyəsi bu məsələ ilə bağlı icra planı hazırlamış, işçi heyət yaratmış, müvafiq iş bölgüsü aparmış, ictimaiyyət üçün açıqlamanın və təhlil xarakterli məqalənin media qurumlarında yayımlanmasını təmin etmiş və müvafiq sənədləşmə işləri aparmışdır. Həmçinin, Xırdalan bələdiyyəsi ötən iki ay ərzində sərgi və digər mədəniyyət istiqamətləri üzrə analoji tədbirlərin keçirilməsi üçün Abşeron rayon Mədəniyyət Mərkəzinin ikinci mərtəbəsinin foyesinin dizayn, təmir, işıqlandırma və digər zəruri avadanlıqla təminatını həyata keçirib. Bu, ölkə və beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi üçün məhdud resurslara malik Xırdalan şəhərində müvafiq infrastrukturun yaradılması baxımından əhəmiyyətlidir. Hazırda Xırdalan şəhərinin və bütövlükdə Abşeron rayonunun mədəniyyət resursları və mədəni-iqtisadi potensialı ilə bağlı informasiya bankının yaradılması işi aparılır. Layihəyə çərçivəsində Abşeron rayon İcra Hakimiyyətinin də yaxından köməkliyi ilə qarşıdakı 6 ay ərzində Xırdalan şəhərinin Mədəni İnkişaf Strategiyası hazırlanması nəzərdə tutulur. Bu layihə çərçivəsində qarşıdakı 4 ay ərzində, həmçinin, Paydaş Şurasının (Steak Holder) toplantılarının, seminarların, müxtəlif formatlı mədəniyyət tədbirlərinin təşkili, videoçarxın hazırlanması, sosioloji sorğunun keçirilməsi və digər işlərin icrası planlaşdırılır. Xırdalan bələdiyyəsi 2022-ci il də daxil olmaqla qarşıdakı dövrdə ictimaiyyətlə əlaqələrin inkişaf etdirilərək daha effektiv qurulması üçün internet kommunikasiya vasitələrinin formalaşdırılması, vergi ödəyicilərinin inventarizasiyasının başa çatdırılması, bələdiyyənin vergi subyektlərinin hamısının vergi öhdəliyinə əməl etməsinin təmin olunması, beynəlxalq əlaqələrin, xüsusi ilə Avropa qitəsi və Türkdilli dövlətlərin bələdiyyələri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, yerli sosial məsələlərin həllində iştirakın kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması, məhəllə parklarının salınması, şəhər sakinlərinin tələblərinin daha yüksək səviyyədə qarşılanması nəticəsində vətəndaş məmnunluğunun təmin olunmasını başlıca hədəfi sayır. Xırdalan bələdiyyəsi 2022-ci ildə Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun 44 günlük Vətən müharibəsi nəticəsində dövlət sərhədlərimizi bərpa edərək bütövləşdirdiyi ölkəmizdə aparılan çoxşaxəli quruculuq və inkişaf prosesinin önəmli subyekti olmaq, Abşeronun daha da abad və gözəl rayonlardan birinə çevrilməsi və ölkəmizin ən qabaqcıl, nümunəvi bələdiyyəsi səviyyəsinə çatması üçün fəaliyyətini əzmlə və böyük enerji ilə davam etdirir. Orxan Musayev Xırdalan bələdiyyəsinin sədri



    Xəbərlər bloku

 19.06.2008
2009-2013 cü illərədək kənd ərazisində mü


 19.06.2008
Kəndin bütün yol infrastrukturunun, o cümlədən yen


 19.06.2008
Kəndin təbii qazla təminatı 2009 cu ildən 2013 cü

Copyright 2008 Xirdalan Belediyyesi. All rights reserved. Created by Lider Web studio