az | rus | eng
İLK SƏHİFƏ
RAYON HAQQINDA
HAQQINDA
QALEREYA
ÜZVLƏR
SƏDR
QANUNVERİCİLİK
ARXİV
ƏLAQƏ
XƏRİTƏ

Bunları hamı bilməlidir!

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 30 minə yaxın insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur.Bir milyondan artıq insan 15 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir. İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış,4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloci abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır.


ətraflı oxu


Abşeronun qədim,özünəməxsus adət-ənənəsi, təbiəti ilə diqqəti çəkən yaşayış məskənlərindən biri də Xırdalandır. 1936-cı ildə Azərbaycan Ali Soveti Rəyasət Heyəti tərəfindən qəsəbə statusu verilən Xırdalan 2006-cı ilin noyabrında dövlət başçısı İlham Əliyevin sərancamı ilə şəhər satatuu qazandı. Hazırda 40 mində artıq əhalisi olan Xırdalan  ölkəmizin sürətlə inkişaf edən, abadlıgı və təmizliyi ilə diqqəti çəkən iri şəhərlərindəndir.

  Xırdalanın tarixi təəssüflər olsun ki, bu günə qədər yetərincə dərindən öyrənilməmişdir. Ancaq az sayda tədqiqatlardan və Azərbaycan tarixini özündə əks etdirən məxəzlərdən sözügedən yaşayış məntəqəsi haqda bir sıra vacib informasiyalar əldə etmək mümkündür.

            2004-cü il 17 dekabr yerli özünüidarəetmə orqanlarına keçirilən  seçkilərdə Xırdalan Bələdiyyəsinə üzv seçilən şəxslər aşağıdakılardır:

Xırdalan bələdiyyəsi

1. Yaranma tarixi - 1999-cu il
2. Ümumi ərazi-1698,4 ha
3. Sədr - Əhmədov Eldar Hüseyn oğlu
4. Müavin - Eyyubov Çingiz Eyyub oğlu

5. Müavin -Cavadov Kamal  Cavad oğlu

6. Bələdiyyə üzvləri :

- Hüseynov Ramiz Məhərrəm oğlu 

- Əliyev Nazim Gülhüseyn oğlu
- Behbud Elməddin Mahmud oğlu
- Əhmədov Cavanşir Əsgər oğlu

- Əhmədov Ramiz Nəsib oğlu

- Xanlarov Hüseyn İsmayıl oğlu

- Məmmədov Hidayət Qasım oğlu 
- Məlikov Elçin Zahir oğlu 
- Quliyev İham Yusif oğlu

- Əliyeva Sevinc İnqilab qızı 
- Misirov İstək Zakir oğlu

- Quliyev Vüsal Gündüz oğlu
- Fətəliyev Nazim Lətif oğlu 
- Müstafayev Taleh Təhmasib oğlu  


 

6. Bələdiyyənin beş komissiyası vardır:

1. Yerli büdcə üzrə daimi komissiyası
2. Hüquq məsələləri daimi komissiyası
3. Yerli-sosial məsələlər üzrə daimi komissiya
4.
Yerli ekoloji məsələlər üzrə daimi komissiya
5. Yerli iqtisadi inkişaf komissiyası

 





    Xəbərlər bloku

 Ulu Öndər
Dekabrın 12-də ölkəmizin hər bir yerində olduğu kimi Abşeron rayonunda da Ulu Öndərin anım günü keçirilmişdir.Rayon icra hakimiyyəti və ictimaiyy<


 Xırdalan I-dir
2010-cu il aprel ayının 1-nə görə əhalimiz 9 milyon 22 min nəfərdir. Ən sürətlə artan şəhər Xırdalan olub.Son on ildə əhali 29 mindən 92 minədək


 20.11.2008
Vətandaş cəmiyyətinin ən vacib strukturlarından olan yerli özünüidarəetmə qurumlarının fəaliyyətində vətandaşların iştirakını artlırmaq

Copyright 2008 Xirdalan Belediyyesi. All rights reserved. Created by Vision Production Center