az | rus | eng
İLK SƏHİFƏ
RAYON HAQQINDA
HAQQINDA
QALEREYA
ÜZVLƏR
SƏDR
QANUNVERİCİLİK
ARXİV
ƏLAQƏ
XƏRİTƏ

Bunları hamı bilməlidir!

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 30 minə yaxın insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur.Bir milyondan artıq insan 15 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir. İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış,4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloci abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır.


ətraflı oxu

1.  Eyyubov Çingiz Eyyub oğlu 1953-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi bitirmiş, həmin ildə N.Tusi adına Dövlət Universitetinə daxil olmuşdur, 1976-cı ildə oranı bitirmiş və həmin ildə təyinatla Quba rayonuna göndərilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin  üzvüdür. 1999-cu ildə birinci, 2004-cü ildə isə ikinci dəfə bəllədiyə üzvü seçilib. 2009-cu il 23 dekabr seçkilərində yenidən Xırdalan bələdiyyəsi üzvü seçilib. Hazırda Xırdalan bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır. Ailəlidir, iki oğlu, üç nəvəsi var.

 

 

 

 

 

 

2.  Əliyev Nazim Gülhüseyn oğlu.1967-ci ildə Masallı rayonu Qarğalar kəndində anadan olub. 1984-cü ildə indiki Azərbaycan Neft Akademiyasına daxil olmuş,2004-cü ildə oranı bitirmişdir.1985-87-ci illərdə Sovet Ordusunda, 1992-ci il 18 aprel-1993-cü il 03 avqust tarixinlərində Azərbaycan milli ordusunun tərkibində könüllü hərbi xidmətdə olmuşdur. 1999, 2004 və 2009-cu il bələdiyyə seçkilərində Xırdalan Bələdiyyəsinə üzv seçilmişdir. Ailəlidir, 4 övladı var.


 

 

 

3. Behbud Elməddin Mahmud oğlu. 1982-ci ildə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olub. 1999-cu ildə Xırdalan  2 saylı orta məktəbi bitirib.2004-ci ildə Bakı Dövlət Universtetinin  nəşiriyyat işi və redaktəetmə ixtisasının bakalavr, 2006-cı ildə isə magistiratura pilləsini fərqlənmə diplomları ilə başa vurmuşdur. 2002-2004-cü illərdə “Gəncliyimiz” dərgisinin baş redaktoru və redaktoru olub. ”Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədridir. 2004-cü ildə birinci, 2009-cu ildə isə ikinci dəfə Xırdalan bələdiyyəsinə üzv seçilib. Hazırda BDU-nun aspirantı və müəllimidir.150-dən artıq məqalənin müəllifidir. Ailəlidir, bir övladı var.


 

4.   Hüseyinov Ramiz Məhərrəm oğlu 1961-ci ildə anadan olub. Bakı Quşçuluq fabrikində işləyib.  Orta ixtisas təhsillidir. 2004-cü ildə birinci, 2009-cu ildə isə ikinci dəfə Xırdalan Bəllədiyəsinin üzv seçilib. Ailəlidir, üç övladı var.


 

 

 

 

 

 

 

 

 

5.   Əhmədov Cavanşir Əsgər oğlu.1961-ci ildə anadan olub. Azərbaycan Neft və Kimya institutunun kimya- texnalogiya  fakultəsini bitirib. Bakı Yod zavodunda növbə rəisi, “Metallugiya“ konserinində mühəndis, əl əməyinin avtomatlaşdırılması və mexanikləşdirilməsi, kiçik müəssələrin təşkili və idarə edilməsi şöbələrinin müdrü vəzifələrində çalışmışdır. 2004-cü ildə birinci, 2009-cu ildə isə ikinci dəfə Xırdalan bəllədiyəsinə üzv seçilib. Ailəlidir,üç övladı var.


 

 

 

 

6.   Əhmədov Ramiz Nəsib oğlu 1965-ci il yanvar ayının 1-də Ermənistan Respublikasının  Əzizbəyov rayonunun Cabut kəndində anadan olub. 1987-ci ildə Tambov vilayətinin Micurin şəhərində “Micurin”adına kənd təsərüfatı institutunun zootexnik fakultəsinə daxil olmuşdur.1992-ci ildə institutu bitirmiş və Ordubad rayonunun Bist kəndində sovxozda zootexnik vəzifəsində işləmişdir. 2004-cü ildə birinci, 2009-cu ildə isə ikinci dəfə Xırdalan bələdiyyəsinə üzv seçilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir.




 

 

7.   Misirov İstək Zakir oğlu .1962-ci ildə Kəlbəcər rayonunda anadan olub.1979-cu ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olub,1986-cı ildə  “Avtomonil yollarının istismarı və tikintisi” ixtisasını bitirmişdir.1980-1982-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub. 1989-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak edib. Müxtəlif illərdə iş icraçısı,baş mühəndis, idarə rəisi və.s işlərdə çalışmışdır. 2004-cü ildə birinci, 2009-cu ildə isə ikinci dəfə Xırdalan Bələdiyyəsinə üzv seçilib. Ailəlidir,üç övladı var.

 

 

 

 

 

 

 

 

8. Cavadov Kamal Cavad oğlu

 

 

 

 

9. Əliyeva Sevinc İnqilab qızı

 

 

 

 

10. Quliyev İlham Yusif oğlu

 

 

 

 

11. Xanlarov Hüseyn İsmayıl oğlu. 16 sentyabr 1950-ci ildə Qubadlı qəsəbəsində anadn olub. 1976-1978-ci illərdə N.Rzayev adına Bakı XOPM-də təhsil alıb. 2002-ci ilə qədər respublikanın daxili işlər orqanlarında çalışmış və polis mayoru rütbəsində istefaya çıxmışdır. 2009-cu 23 dekabr seçkilərində Xırdalan bələdiyyəsinə üzv seçilmişdir. Ekologiya daimi koomissiyasının sədridir. Ailəlidir, üç övladı, üç nəvəsi var.

 

 

 

 

 

 

12. Məmmədov Hidayət Qasım oğlu

 

 

 

 

13. Məlikov Elçin Zahir oğlu

11 iyul 1984-cü ildə Yardımlı rayonunun Hamarkənd kəndində ziyalı ailəsində anadan olub. 2006-cı ildə Bakı Slavyan Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə başa vurmuşdur. Müxtəlif vaxtlarda “Vətəndaş Həmrəyliyi”, “525- ci qəzet, “Bakı- Xəbər” və digər mətbu orqanlarda çalışıb. 2009-cu ilin 23 dekabr seçkilərində Xırdalan Bələdiyyəsinə üzv seçilib. Ailəlidir. Bir övladı var.



 

 

14. Quliyev Vüsal Gündüz oğlu

 

 

 

 

15. Fətəliyev Nazim Lətif oğlu

 

 

 

 

16. Mustafayev Taleh Təhmasib oğlu

 

 





    Xəbərlər bloku

 Ulu Öndər
Dekabrın 12-də ölkəmizin hər bir yerində olduğu kimi Abşeron rayonunda da Ulu Öndərin anım günü keçirilmişdir.Rayon icra hakimiyyəti və ictimaiyy<


 Xırdalan I-dir
2010-cu il aprel ayının 1-nə görə əhalimiz 9 milyon 22 min nəfərdir. Ən sürətlə artan şəhər Xırdalan olub.Son on ildə əhali 29 mindən 92 minədək


 20.11.2008
Vətandaş cəmiyyətinin ən vacib strukturlarından olan yerli özünüidarəetmə qurumlarının fəaliyyətində vətandaşların iştirakını artlırmaq

Copyright 2008 Xirdalan Belediyyesi. All rights reserved. Created by Lider Web studio