 |
|
|
|
|
|
|
|
|
|
|
|
| :: SON XƏBƏRLƏR :: |
|
|
|
|
 |
07.08.2008 |
Qəsəbənin maqistral yolunda sağ və sol tərəflərdə hasarlar tikilib , suvaqlanıb və boyanıb
7 km asvaltın 2 metr enində genişləndirilib və yenidən... ətraflı oxu |
|
|
|
 |
07.08.2008 |
H.Əliyev fondu tərəfindən tikilmiş istirahət Parkı , Şadlıq evi , Mədəniyyət evi , Kitabxana ,Mini stadion ,Uşaqlar üçün əyləncə yeri istifadəyə verilib ...
ətraflı oxu |
|
|
|
 |
07.08.2008 |
Ağacların suvarlanması üçün 4000 m uzunluqda su boruları çəkilib
Poliklinika binası tikilib təhvil... ətraflı oxu |
|
|
|
 |
07.08.2008 |
Yeni qəbirstanlıq hasarlanıb
H/Hissənin hasarı çəkilib
Zirə qəsəbəsində 8 avt...
ətraflı oxu |
|
|
|
|
|
|
 |
|
|
|
|
|
|
 |
|
|
|
|
Zirə qəsəbəsi
Bakı şəhərinin 45-46 kilometr şərqində,
Abşeron yarımadasının Pirallahı adasına yaxın
hissəsində yerləşir. Zirə qəsəbəsi
üç tərəfdən, Cənub, Şərq və
Şimaldan Xəzər dəniziylə əhatə edilmişdir.
Dənizə ən yaxın hissəsi cənubda, Şah
dili zolağı tərəfdədir. Tarix boyu Zirə kəndi
Abşeronda ən böyük örüşü olan kənd
olub. Kənd ötən əsrin əllinci illərindən
etibarən qəsəbə statusu almışdır. Tarixən
Zirənin torpaqları Qala və Türkan kəndləriylə
həmsərhədd olmuşdur. Sovet hakimiyyətindən
əvvəl nayihə mərkəzi Suraxanıda olduğu
vaxt, Zirənin şimal tərəfinə, indi Port-Abşeron,
əhali arasında isə sadəcə Port adlanan əraziyə
yaxın torpaqlara suraxanılılar köçürülmüşdür.
Onlar həmin ərazidə «Qışlaq» kəndini salıb
məskunlaşmış, eyni zamanda «Xaşaxana» adlanan yaşayış
məskənini də salmışlar.
XX əsrin əllinci illərində Zirə
ətrafındakı Fermanın ərazisinə Şamaxının
Cəbirli kəndinin əhalisinin bir qismi köçürülmüş
və orada «Cəbirli» adlı kiçik bir kənd əmələ
gəlmişdi.
Zirədən şimalda, Abşeron mayakına yaxın ərazidən Pirallahı ( o vaxtkı Artyom) adasına yol salınmasıyla əlaqədar həmin sahədə Damba adlı qəsəbə salınmış, adada neft hasilatının artmasıyla əlaqədar həmin qəsəbə də böyümüş, sonradan «Gürgan» qəsəbəsi adlandırılmışdır.
Zirə qəsəbəsinin əhalisi əvvəllər az olmuş, əhalinin bir hissəsi mütəmadi olaraq Pirallahı və Ciloy adalarında da yaşamışdır. Böyük Vətən müharibəsindən sonra Zirədə komunal xidmətlər sektoru yaradıldıqdan sonra adalara köçən əhali yenidən geri qayıtmışdır. Hal-hazırda Zirənin əhalisi Qışlaq və Cəbirli yaşayış məskənləriylə birlikdə 14 min nəfərə yaxındır. Qəsəbənin özündə isə 12 minə yaxın əhali yaşayır.
Zirə kəndinin adının haradan
yaranmasıyla bağlı müxtəlif versiyalar vardır.
Bəzi etnoqraflar burada tarix boyu Cirə (Zirə) bitkisinin
yaxşı becərildiyinə görə, kəndə
də Zirə deyildiyi fikrini irəli sürür. Bəzi
alimlər isə, yüksəkliyin arzasında yerləşdiyinə
görə bu kəndin adının ərəbcə Zir
(ərəb əlifbasında hərflərin aşağısına
qoyulan və «i» səsini ifadə edən işarə) sözündən
əmələ gəldiyini və «aşağı yer»,
«aşağıda olan yer» anlamını verdiyi fikrinin üstündə
dayanır. Bundan başqa Zirə sözünün yenə
ərəb mənşəli «Jəzirə» ( Ada) məfhumundan
əmələ gəlməsi versiyası da mövcuddur.
Xatırladaq ki, Abşeron yarımadası ətrafındakı
adaların çoxu yaxın illərədək ərəb
mənşəli Jəzirə sözüylə adlanırdılar.
( Nargin, Pesçannı, Bulla - Daş zirə, Böyük
zirə, Xərə zirə və s.)
Bəzi alimlər isə Zirə toponiminin
ərəbcə «Ziraət» (əkinçilik) sözündən
də əmələ gələ bilməsi fikrini irəli
sürmüşdür. Həqiqətən də Zirə
kəndlinin örüşü çox geniş olub, kənd
ətrafında əkinçiliyə yararlı torpaqlar çox
olub. Kəndin yaxınlığındakı qədim insan
məskənlərini nəzərə almasaq, Müasir Zirə
kəndinin təxminən 350-400 il tarixi vardır. Bu məlumatı
kəndin köhnə qəbristanlığındakı
Pirin daşlarının üzərindəki yazılardan
da oxumaq olar. Kəndin cənub-şərq tərəfində
«Qubələ» adlı yaşayış məskəninin
olduğu da alimlər tərəfindən təsdiqlənmişdir.
Ötən əsrin əllinci illərində əhaliyə
torpaq sahələri veriləndən sonra, aparılan tikintilər
zamanı bu yaşayış məskəninin xarabalıqları
və qəbristanlığı üzə çıxmışdır.
«Qubələ» yaşayış məskəninin tarixi isə eramızdan əvvəllərə qədər gedib çıxır. Qubələ ərazisindən tapılmış qədim xristian heykəli də bunu təsdiq edir.
Boynundan xaç asılmış və bərk daşdan yonulmuş bu qadın heykəli hal hazırda kəndin 241-saylı orta məktəbinin nəzdindəki Tarix Diyarşünaslıq mzeyində saxlanılır.
Bu tapıntı Qubələnin tarixini
İslamdan əvvələ, miladın ilk yüzilliklərində
Azərbaycan ərazisində Xristian Albaniyasının mövcud
olduğu dövrlərə aparıb çıxarır.
XV əsrdən başlayaraq müxtəlif yerlərdən bu ərazidlərə köç başlamış, əhali Qubələnin şimal tərəfində məskunlaşmağa başlamış və beləliklə Zirə kəndi əmələ gəlmişdir. Zirənin şərq tərəfində quyular qazılmış, və çox təmiz şirin su çıxdığına görə burada Naxır bulağı əmələ gəlmişdir. Ötən əsrin ortalarına qədər əhali bu bulaqdan istifadə edirdi.
Tarixən Zirə kəndində bir neçə
nəsil məskunlaşmışdır ki, bunlar sonradan
Qubələnin qədim əhalisi ilə qaynayıb qarışmışlar.
Bu tayfalardan ən qədimləri Kərimlilər (onlara
Kərimbabəndunlar da deyirlər) və Əbəslər,
daha sonra məskunlaşanlar isə Məmmədkərim
övladları, Zinglər və ya Zinganilər və Dağlılardır.
(Bura həm Xızı, həm də Ləzgi dağlıları
daxildir.) Bu tayfaların çoxu əvvəllər heyvandarlıq,
və balıqçılıqla, son yüzillikdə isə
əkinçiliklə məşğul olmuşlar. Dağlıların
Zirəyə köçməsi təxminən 300-350 il keçmişə
təsadüf edir. Kəndə həmin zonadan Ən əvvəl
Xızı dağlıları, Bərməkilər, daha
sonra isə İsmayili dağlıları köçmüşlər.
Ləzgi dağlılarının Zirəyə köçməsi
tarixçəsi isə Dağıstanda Şeyx Şamil hərəkatıyla
bağlıdır. XIX əsrin ortalarında Şeyx Şamilin
qiyamı yatırıldıqdan sonra, onun dəstələrində
vuruşan ləzgilər də, Çar reciminin təqiblərindən
yaxa qurtarmaq üçün Zaqafqaziyanın müxtəlif
bölgələrinə üz tutmuşlar və bu ləzgi
tayfalarından biri də quberniyanın ucqar kəndlərindən
olan Zirəyə sığınmışlar.
Zirəyə «Kərbəlayi Orucqulu nəsli»
adlanan bir tayfa da Buzovna kəndindən gəlmişdi. Onlara
kənd içində «Çaran» da deyirdilər. Adı çəkilənlərdən
başqa Zirədə başqa nəsillər də vardır
ki, onların da böyük hissəsi haqqında danışılan
tayfalardan törəmədir.
Toponimlər
Zirə ətrafındakı bir çox toponim adlar müasir dövrümüzə qədər qalmaqdadır. Bunlardan Varkən, Gürganı, Çalaxanı, Köhnə Qışlaq, Sibir üstü, Şaban, Tərgülə və s. misal göstərmək olar.
Varkən ( külək döyən yer)
Zirə qəsəbəsinin cənub-şərqində
yerləşən əraziyə deyilir. 60-70 il əvvələ
qədər burada bağlar vardı. Bəzi alimlərin
fikrincə, Varkən qədim dövrlərdə çox
böyük bir qəsəbə olmuşdur. Məlumdur ki,
Antik mənbələrdə Xəzər dənizinin bir
adı da Varkan dənizi olub və dənizin sahillərində
çox güclü, döyüşkən Varkan tayfalarının
yaşadığı barədə məlumatlar da var. Mümkündür
ki Zirə yaxınlığındakı Varkən ərazisində
də islamdan əvvəlki dövrlərdə Varkan tayfalarının
hansısa bir qolu məskunlaşmışdır.
Gürganı - Zirə kəndinin şərqində, Damba ilə Şah dili arasındakı sahil zolağı belə adlanır. Hal hazırda isə keçmiş Damba qəsəbəsinə Gürgan adı verilmişdir.
Gürgan toponiminin iki açıqlaması
var Türkcə mənası «Qoruq yer», farsca isə «Qurd,
canavar» deməkdir. Məlumdur ki, Xəzər dənizinin
cənub şərqində, Türküstan ərazisində
Gürgan adlı böyük bir şəhər olmuşdur.
Məşhur «Vis və Ramin» poemasının müəllifi
Fəxrəddin Gürgani də bu şəhərdən
çıxmışdır. Bəzi alimlərin fikrincə
Abşeronun ən şərq hissəsində yerləşən
Gürgan da qədimdə böyük bir liman şəhəri
olmuşdur. Lakin bu yerdə böyük bir şəhərin
olması fikri inandırıcı görünmür. Çünki
Gürgan məntəqəsi dənizə çox yaxındır,
cəmi bir metr qazdıqda yerdən su cıxır. Dənizin
səviyyəsi azacıq qalxanda ərazi su altında qala
bilər. Belə yerdə böyük şəhərin
salınması mümkünsüzdür. Məncə, qədim
dövrlərdə burada Xəzər boyu üzən ticarət
gəmilərinə qulluq etməkçün, yüklərini
boşaltmaqçün istifadə edilən kiçik bir liman
məntəqəsinin olması versiyası daha ağlabatandır.
Son dövrlərdə Gürgan ərazisində
əncir bağları salınmışdı.
Çalaxana. Bu toponim Zirənin 2 km şərqindəki bağlıq sahəyə aid edilir.
Toponimin əvvəlindəki «çala» sözü, bu sahənin iki yüksəklik arasındakı çökəklikdə, şoranlıq sahələrin arasında yerləşməsiylə əlaqədardır.
Bəzi alimlərin fikrincə, Çalaxana
ərazisində də qədim yaşayış məskəni
olmuş, burada balıqçılıqla məşğul
olan tayfalar yaşamışdır. Bu fikrin formalaşmasına
səbəb, Çalaxana ərazisində aparılan qazıntılar
zamanı torpağın altından qədim keramik əşayaların
çoxsaylı qalıqlarının tapılması faktı
olub.
Sibir üstü - Bu toponim Zirə kəndinin
cənub-qərbində, Şaban bağlarıyla həmsərhədd
olan yüksəklikdəki əraziyə aid edilir. Bu ərazinin
«Sibir üstü» adlandırılmasının da məxsusi
səbəbi vardır. Zirə kəndi üç tərəfdən
dənizlə əhatə olunduğuna görə həm
Şmaldan, həm də cənubdan dənizdən əsən
küləklər kəndin havasını təzələyir.
Lakin məhz bu ərazidə atmosfer axınlarının
və Xəzriylə Gilavarın kəsişməsi nəticəsində,
həmişə rütubətli dəniz havası və
kəndə nisbətən soyuq tempratur müşahidə
olunur. Məhz buna görə də kənd əhalisi bu
yerləri «Sibir üstü» adlandırıb.
Şaban - Bu toponim Zirə kəndinin cənub qərbində, dənizə yaxın əraziyə deyilir. Bu sahədə qədimdən bəri bağlar olmuşdur. «Şaban» toponimii isə buradakı bağlarda yüksək keyfiyyətli , çox şirin qara şanı (Şabranı) üzümünün yetişməsiylə əlaqədardır. Başqa sözlə desək, «Şaban» kəlməsi «Şabranı» sözünün təhrif olunmuş formasıdır.
Şaban bağlarında daha çox şəhərdən
və ətraf qəsəbələrdən gələn
əhalinin bağları olardı. Məşhur ədəbiyyatşünas,
əslən sabunçulu Əli Fəhminin və tanınmış
tarzən Bəhram Mənsurovun ata-babalarının bağları
da burada olub, hər yay buraya köçüblər.
Bəzi qədim mənbələrə görə, orta əsrlərdə Şirvanşahların və Bakı xanlarının da bağları məhz bu ərazidə olubmuş.
Köhnə Qışlaq Zirənin şimal-şərqində, Gürgana yaxın ərazidə yerləşən Köhnə qışlaq ərazisi Zirəlilərin əsas bağ sahələri olmuşdur. Çox münbit, üzümçülük, bağçılıq üçün yararlı torpağı var..
On doqquzuncu əsrin sonunda bu sahələr Əliyar bəyə və onun qardaşlarına məxsus olub. Burada bağçılıq, bostançılıqla məşğul olmaq istəyən zirəlilər torpaq sahələrini onlardan icarəyə götürürmüş.
Sovet inqilabından sonra dövlətin əlinə keçən bu ərazilərin bir qismi Bağlar idarəsinin balansına keçirilərək əhaliyə paylanmış, bir hissəsi isə kolxoza verilmişdir. Bir zamanlar əkinçiliklə məşğul olan Bakı əhalisinin suya olan tələbatını ödəyən Samur-Abşeron kanalı da məhz bu bağların içindən keçərək dənizə tökülür.
Zirə və onun ətrafındakı bağların havası başqa Abşeron bağlarına nisbətən daha təmiz, daha safdır. Bunun səbəbi, öz rütubətli havasıyla seçilən başqa sahilyanı kəndlərdən və bağlardan fərqli olaraq, Zirə ərazisinin dənizə çox da yaxın olmamasıdır. Kənd ilə dənizin arasında şoranlıqlar var. Məhz bu şoranlıq sahələr dənizdən gələn havanın rütubətini özünə çəkir, havanı təmizləyir, başqa sözlə desək, kəndlə dəniz arasında hava filtri rolunu oynayır. Bu baxımdan Zirənin havasının müalicəvi əhəmiyyəti də vardır.
|
|
|
|