Quranı-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir.    Heydər Əliyev
az ru en
ANA SƏHİFƏ HAQQINDA STRUKTUR NƏALİYYƏTLƏR QALEREYA XƏBƏRLƏR ƏLAQƏ BƏLƏDİYYƏYƏ SÖZÜM VAR
SON XƏBƏRLƏR
01.09.2008
Aşağı Güzdək bələdiyyəsi qəsəbənin məktəbini təmir elətdir...
ətraflı oxu
01.09.2008
Aşağı Güzdək bələdiyyəsi qəsəbə yollarının müəyyən hissəsində...
ətraflı oxu
01.09.2008
Aşağı Güzdək bələdiyyəsi qəsəbədə elektrik xətlərinin...
ətraflı oxu
01.09.2008
Aşağı Güzdək bələdiyyəsi qəsəbədə əhalinin su ehtiyacını ödəmək üçün 200 metr su ...
ətraflı oxu
     Aşağı Güzdək qəsəbəsi 1990-cı ilə qədər Abşeron rayonu Ceyranbatan qəsəbə soveti Güzdək stansiyası və ya Güzdək Nalivnoy adlandırılmışdır. Professor Məryəm xanım Mahmudbəyovanın Türkiyə məxəzlərinə istinadən verdiyi məlumata görə Güzdək “türk məskəni deməkdir”. Başqa bir mülahizəyə görə Güzdək adı Türk dillərindəki Küz (Güz) payız sözündən və yer məkan bildirən dək (lək) şəkilçilərindən ibarət olub, “payız otağı”, “payız binəsi”, “kölgəli yer” mənasındadır. Güzdək adının məhz bu cür etimalogiyasını hıqiqətə uyğun hesab etmək olar. Eyni zamanda Güzdəyin “quz tayfalarının yaşadığı yer” kimi mənalandıran versiya da mövcuddur. Aşağı Güzdək qəsəbəsini Abşeronun digər qəsəbə və kəndlərindən xarakterik xüsusiyyətlərdən biri Abşeronda məhşur olan şanı üzümünün, zəfəranın, püstənin burada yetişməmsi və qəsəbənin dəmiryol stansiyası yaxınlığında yerləşməsidir. Qəsəbədə Abşeron nemətlərindən yalnız əncir və badam yetişir. Buna baxmayaraq, qəsəbədə milli adət ənənələr yetərincə qorunur, bütün milli bayramlar keçirilir. Milli yeməklərdən plov, yarpaq dolması və küftə-bozbaşa üstünlük verilir.Qarabağ müharibəsində qəsəbədə 80 nəfər iştirak edib. Onlardan 8 nafar həlak olub.

     Aşağı Güzdək qəsəbəsi Ceyranbatan gölünün yaxınlığında yerləşməklə şimaldan Ceyranbatan qəsəbəsi, qərbdən Müşfiqabad və 28 may qəsəbələri ilə əhatə olunmuşdur. Qəsəbə Bakı-Şamaxı yolunun 17-ci kilometrliyində təpəlik və düzənlik ərazidə yerləşir.Qəsəbənin yaxınlığında iki şor göl vardır. Qəsəbə 1991-ci ilin fevral ayına kimi Abşeron rayonunun Cetranbatan qəsəbə sovetinin tərkibində olmuşdur. Azərbaycan Respublikası Ali Sovetinin 54-XII saylı 07 fevral 1991-ci il tarixli qararı ilə Aşağı Güzdək qəsəbəsi mərkəz olmaqla Aşağı Güzdək qəsəbə soveti yaradılmışdır.

     Güzdək stansuyasının tarixi Azərbaycan Dəmir yolunun tarixi ilə bir vaxta düşür. Belə ki, Azərbaycanla Rusiyanı birləşdirən dəmir yolu çəkildiyi vaxt Biləcəri, Xırdalan, Sumqayıt və s. Stansiyalarla eyni vaxtda Güxdək stansiyası da fəaliyyətə başlayıb. Həmin vaxtdan XX əsrin 50-ci illərinə qədər yalnız stansiyanın yaxınlığında dəmiryolçular üçün tikilmiş bir mərtəbəli, bir neçə ailə üçün nəzərdə tutulmuş ev və qəsəbənin indiki yerində 10 ədəd “Fin evi” adı ilə tanınan taxta evlər quraşdırılmışdır. 50-ci ildən sonra beş ədəd 6 və 8 mənzilli iki mərtəbəli daş evlər tikilib dəmiryolçu ailələrinə verilmişdir. 19650-cı ildən sonra daha 6 ədəd 12 mənzilli, iki mərtəbəli daş evlər tikilib dəmiryolşu ailələrinə verilib. Beləliklə Aşağı Güzdək stansiyasında ilk tikili Güzdək stansiyasının inzibati binası olmuşdur. Qəsəbədə 1964-cü ilə qədərinternat məktəbi fəaliyyət göstərmişdir. 1964-cü ildı internat məktəbi başqa yerə köçürülmüş, 1965-ci ildə internat məktəbinin binasənda 8 illik məktəb fəaliyyətə başlamışdır. 1969-cu ildə internt məktəbinin yataqxanası uyğunlaşdırılaraq Elmi Tədqiqat Yemçilik Çəmənçəlik və Otlaqlar İnstitutuna verilmişdir. Hal hazırda qəsəbədə bir orta məktəb, hıkim ambulatoriyası, uşaq bağçası, poçt fəaliyyət göstərir.

     Qəsəbədə yaşayan əhalinin sayı 01 yanvar 2008-ci il tarixinə 2164 nəfərdir. Əhalinin 98 %-ni azərbaycanlılar, 2 %-ni isə ruslar və ləzgilər təşkil edir.

     Qəsəbənin ərazisində bir quşçuluq müəssisəsi və 5 kərpic zavodu fəaliyyət göstərir. Bu müəssisələrdə 300 nəfərdən artəq işçi çalışır. Qəsəbə əhalisi əvvəllərdən indiyə kimi heyvandarlıqla məşqul olur. Qəsəbənin yaxınlığında dəmiryol yanacq doldurma stansiyası fəaliyyət göstərir. Qəsəbədə 11 ticarət mağazası və köşkü əhaliyə xidmət edir. Qəsəbədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin tabeliyində olan Yemçilik, Çəmənçilik və otlaqlar İnstitutu fəaliyyət göstərir. Elmi-Tədqiqat İnstitutunda 112 nəfər əməkdaş çalışır. Onlardan 1 nəfər elmlər doktoru, 11 nəfər elmlər namizədidir.

     Qəsəbədəki orta məktəb şəhid Səmidxan Əzizovun adını daşıyır. Azərbaycan Dəmiryolunun tabeliyində olan məktəb 2001-ci ilin yanvar ayından Abşeron rayonunun Təhsil şöbəsinin nəzdindədir. Məktəbdə hal-hazırda 528 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyyəsi ilə 40 nəfər müəllim məşqul olur. Məktəbdə texniki işçilərin sayı 12 nəfərdir.

     Qəsəbədə həkim ambulatoriyası 1984-cü ildən fəaliyyət göstərir. İki otaqlı binada yerləşən ambulatoriya 2008-ci ilin mart ayında 9 otaqlı binaya köçmüşdür. Əhalinin sağlamlığı keşiyində 2 ali təhsilli həkim və 3 orta tibb işçisi dayanır.

     Aşağı Güzdək qəsəbəsində 2008-ci ilə kimi uşaq bağçası fəaliyyət göstərməmişdir. 2008-ci ilin mart ayında iki qrup üçün 6 otaqlı yeni, yaraşıqlı uşaq bağçası tikilib istifadəyə verilmişdir. Aşağı Güzdək qəsəbəsində qədim tarixi abidələr yoxdur. İndi qəsəbə əhalisinin əsas dolanışıq yeri şəxsi təsərrüfatları və qəsəbə ərazisində yerləşən kərpic zavodunda, quşçuluq təsərrüfatında, habelə dəmir yolunda işləmələridir.

Bütün hüquqları qorunulmaqdadır | 2008 ©   Created by VISION