az | rus | eng
İLK SƏHİFƏ
RAYON HAQQINDA
HAQQINDA
QALEREYA
ÜZVLƏR
SƏDR
QANUNVERİCİLİK
ARXİV
ƏLAQƏ
XƏRİTƏ

Bunları hamı bilməlidir!

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 30 minə yaxın insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur.Bir milyondan artıq insan 15 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir. İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış,4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloci abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır.


ətraflı oxu

Əhmədov Eldar Hüseyn oğlu 30 iyun 1961-ci ildə Nefçala rayonunun Qırmızıkənd kəndində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini burada aldıqdan sonra M.Ə. Sabir adına Şamaxı Pedaqoji texnikomuna daxil olmuş,1980-ci ildə həmən texnikomda ibtidai sinif müəllimi ixtisasına yiyələnərək, təyinatla Cəliləbad rayonuna göndərilmişdir. 1980-ci ilin noyabr ayında Sovet ordusuna hərbi xidmətə çağırılmışdır. 1982-ci ilin dekabr ayında ordudan tərxis olunmuş,1983-cü ilin fevralında  isə Nefçala rayonunda “Bolşevik” kolxozuna üzv qəbul olunaraq İdarə Heyətinin qərarına əsasən kolxozda kadrlar üzrə inspektor və arxiv müdrü vəzifələrində çalışmışdır. Əmək fəaliyyəti ilə bərabər qiyabi yolla təhsilini davam etdirmiş və 1983-cü ilin iyununda M.F. Axundov adına A.P.R.D və Əİ-na qəbul olmuş,1988-ci ildə oranı bitirmişdir. 1984-cü ilin avqustunda Neftçala rayonu Qırmızıkənd orta məktəbinə müəllim təyin edilmişdir. 1985-88 ci illərdə məktəb ilk komsomol təşkilatının katibi olmuşdur. 1988-ci ilin avqust ayında ailə vəziyyəti ilə əlaqədar olaraq Abşeron rayonunun Xırdalan qəsəbəsinə köçmüşdür. Elə həmin ilin sentiyabr ayından Abşeron rayonunun Qobu qəsəbəsində 2 saylı orta məktəbində müəllim kimi çalışmağa başlamışdır.1989-cu ilin may ayından 1992-ci ilin may ayınadak məktəb həmkarlar təşkilatının sədri, Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron rayon şurasının büro üzvü olmuşdur.1992-ci ilin yayında Abşeron Təhsil Şöbəsinin göndərişi ilə M.Rəsulzadə adına BDU-nun nəznindəki İxtisasartırma və Yenidənqurma İnstitutuna qəbul olmuşdur.

1993-cü ilin 1 sentiyabrında Qobu qəsəbə 2 saylı orta məktəbinə pisixoloq-praktik təyin edilmişdir.1993-cü ilin 27 dekabrında Xırdalan qəsəbə 4 saylı orta məktəbinə pisixoluq-praktik vəzifəsinə keçirilmiş,1997-ci ilin martında tədris işləri üzrə direktor müavini vəzifənə irəli çəkilmişdir. 2001-ci ildə Dövlət İdarəçilik Akademiyasına daxil olub, 2004-cü ildə isə bu ali təhsil müəssəsini bitirmişdir. 1999-ci ildə ölkəmizdə yerliözünüidarə orqanlarına keçirilən ilk seçkilərdə Xırdalan Bələdiyyəsinə üzv,12 dekabr 2000-ci il tarixində isə bələdiyə şurası sədrinin müavini vəzifəsinə seçilib. 2004-cü ildə ikinci dəfə bələdiyyə üzvü seçilmişdir. 23 dekabr 2009-cu il bələdiyyə seçkilərində üçüncü dəfə Xırdalan Bələdiyyəsiə üzv, 2010-cu ilin yanvarında isə növbəti dəfə sədr seçilib. 2001-ci ildən Xırdalan Bələdiyyəsinin sədridir. Ailəlidir,bir övladı var.



    Xəbərlər bloku

 Ulu Öndər
Dekabrın 12-də ölkəmizin hər bir yerində olduğu kimi Abşeron rayonunda da Ulu Öndərin anım günü keçirilmişdir.Rayon icra hakimiyyəti və ictimaiyy<


 Xırdalan I-dir
2010-cu il aprel ayının 1-nə görə əhalimiz 9 milyon 22 min nəfərdir. Ən sürətlə artan şəhər Xırdalan olub.Son on ildə əhali 29 mindən 92 minədək


 20.11.2008
Vətandaş cəmiyyətinin ən vacib strukturlarından olan yerli özünüidarəetmə qurumlarının fəaliyyətində vətandaşların iştirakını artlırmaq

Copyright 2008 Xirdalan Belediyyesi. All rights reserved. Created by Lider Web studio