az | rus | eng
İLK SƏHİFƏ
RAYON HAQQINDA
HAQQINDA
QALEREYA
ÜZVLƏR
SƏDR
QANUNVERİCİLİK
ARXİV
ƏLAQƏ
XƏRİTƏ

Bunları hamı bilməlidir!

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 30 minə yaxın insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur.Bir milyondan artıq insan 15 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir. İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış,4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloci abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır.


ətraflı oxu

 Xırdalanda Yeni Mərkəzi Xəstəxana tikiləcək

21 aprel, 2012-ci il

Azərbaycan prezidenti, cənab İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.





    Xəbərlər bloku

 Ulu Öndər
Dekabrın 12-də ölkəmizin hər bir yerində olduğu kimi Abşeron rayonunda da Ulu Öndərin anım günü keçirilmişdir.Rayon icra hakimiyyəti və ictimaiyy<


 Xırdalan I-dir
2010-cu il aprel ayının 1-nə görə əhalimiz 9 milyon 22 min nəfərdir. Ən sürətlə artan şəhər Xırdalan olub.Son on ildə əhali 29 mindən 92 minədək


 20.11.2008
Vətandaş cəmiyyətinin ən vacib strukturlarından olan yerli özünüidarəetmə qurumlarının fəaliyyətində vətandaşların iştirakını artlırmaq

Copyright 2008 Xirdalan Belediyyesi. All rights reserved. Created by Lider Web studio